Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir Elmir Murad/
Metronun Elmlər Akademiyası stansiyasını su basıb.
Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, suyun axması insanların gediş-gəlişində maneələr yaradıb.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev suyun eskalatorlardan axdığını deyib.
Onun sözlərinə görə, hazırda axan suyun qarşısı alınıb və insanların gedişində heç bir problem yoxdur: "Suyun axmasına səbəb eskalatorların üzərində yerləşən "Bakı Metropoliteni" QSC-nin inzibati binasında borunun partlaması olub. Qəza yerinə gedən əməkdaşlarımız borunu bərpa edərək axan suyun qarşısını alıb. Hazırda metroda hər hansı bir problem yoxdur".