Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir Hüseyn Vəliyev/
Mərkəzi Seçki Komissiyasının (MSK) daxili korporativ şəbəkəsi perspektivdə ölkədə seçki prosesində elektron səsvermə sisteminin işə salınması üçün platforma qismində çıxış edə bilər.
Trend-in məlumatına görə, bunu MSK-nın İnformasiya Mərkəzinin direktoru Rüfət Gülməmmədov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, məsələlərin hüquqi tənzimlənməsi bu prosesin vacib hissəsidir.
R.Gülməmmədov qeyd edib ki, MSK-nın korporativ şəbəkəsi 3 ildən artıq müddətdir fəaliyyət göstərir və əvvəlki seçkilərdə uğurla istifadə olunub: "Elektron səsvermə ölkə qanunvericiliyində öz əksini tapsa, bu korporativ şəbəkə elektron səsvermənin işə salınması üçün platforma qismində çıxış edə bilər".