...

DSMF sədrinin Şirvanda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Cəmiyyət Materials 16 Oktyabr 2015 10:29 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevin oktyabrın 20-də Şirvan şəhərində keçirəcəyi qəbulunun vaxtı xidməti zərurətlə əlaqədar oktyabrın 22-nə dəyişdirilib.
DSMF sədrinin Şirvanda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevin oktyabrın 20-də Şirvan şəhərində keçirəcəyi qəbulunun vaxtı xidməti zərurətlə əlaqədar oktyabrın 22-nə dəyişdirilib.

Fondun İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, E.Mehdiyev oktyabr 22-i saat 11:00-da Yeni Azərbaycan Partiyası Şirvan şəhər şöbəsinin inzibati binasında Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar və Cəlilabad rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34

Şirvan şəhər şöbəsində (02121) 5-10-22

Hacıqabul rayon şöbəsində (02120) 4-41-31

Salyan rayon şöbəsində (02125) 4-50-61-

Neftçala rayon şöbəsində (02126) 3-34-00

Biləsuvar rayon şöbəsində (02529) 5-00-74

Cəlilabad rayon şöbəsində (02524) 5-50-81

Qəbulda iştirak edəcək vətəndaşların oktyabrın 22-də Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti