Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir Elmir Murad/
Bakıda avara və dilənçilər saxlanılıb.
Daxili İşlər nazirliyindən Trend-ə verilən məlumata görə, polis paytaxtın 3 rayonunda reyd keçirib. Nəticədə Binəqədi, Nəsimi və Yasamal rayonları ərazisində avaralıq və dilənçiliklə məşğul olan 93 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
Onlar barəsində müvafiq tədbir görülüb.