...

Azərbaycanda kitabxanalarla bağlı tələbləri pozanlar cərimələnəcək

Cəmiyyət Materials 19 Oktyabr 2015 21:32 (UTC +04:00)
Azərbaycanda kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı üzrə tələbləri pozanlar cərimələnəcəklər.
Azərbaycanda kitabxanalarla bağlı tələbləri pozanlar cərimələnəcək

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı üzrə tələbləri pozanlar cərimələnəcəklər.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu məsələ ilə bağlı İnzibatı Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Yeni dəyişikliklərə əsasən, məcəlləyə kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı üzrə tələblərin pozulmasına görə ayrıca maddə daxil edilib.

Məcəlləyə edilən bu dəyişikliyə əsasən, kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı üzrə tələblərin pozulmasına görə vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 500 manat miqdarında cərimələnəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti