Azərbaycan, Bakı, 19 oktyabr /Trend/
"Excelsior Hotel & Spa Baku" hotelində "Baku Fashion Night" tədbirinə həsr edilmiş mətbuat konfransı keçirilib.
Mətbuat konfransında "Excelsior Hotel & Spa Baku" hotelinin baş meneceri Turhan Poyraz, "FMS Models" məktəbinin rəhbəri Lyubov Quturova, dizayner Fəxriyyə Xələfova, "İD FASHİON" kanalının baş prodüseri Vasil Klumçik, məşhur ispan dizayneri Cordi Dolman və başqaları iştirak etdilər.
"FMS Models" məktəbinin rəhbəri Lyubov Quturova bildirdi ki, "Baku Fashion Nights" layihəsi ildə iki dəfə: Payız-Qış və Bahar-Yay mövsümlərində keçirilir. Bu tədbir "FMS Models" model agentliyi, "Excelsior Hotel& Spa" hoteli və "İD Fashion" telekanalı tərəfindən yaradılmış və təşkil olunmuşdur və artıq 4-cü dəfədir ki, keçirilir. Layihənin baş sponsoru "Mersedes Benz Auto Capital" şirkətidir.
Oktyabrın 16-dan 18-nə qədər "Excelsior Hotel & Spa Baku" hotelində həm yerli, həm də xarici ölkə dizaynerlərinin nümayişləri baş tutmuşdur.
16 oktyabr:
Əsli Cekson - Türkiyə
Veronika Vero - Ukrayna
Ülkər Hüseynova - Azərbaycan
17 oktyabr:
Fəxriyyə Xələfova - Azərbaycan
Günay Quliyeva - Azərbaycan
Güləbətin Əsgərova - Azərbaycan
18 oktyabr:
Corci Dalmau
Layihədə xarici ölkə dizaynerləri iştirak etmişlər. Əsli Cekson uzun illər İngiltərədə yaşayıb. 2004-cü ildə Londonda "Texnologiya və geyimin dizaynı" ixtisası üzrə "İncəsənət Akademiyası"nı bitirdikdən sonra onun üçün Vivienne Westwood və Alexander Mcquenn kimi brendlərlə işləmək imkanı yarandı. 2010-cu ildə o, bir layihədə iştirak etmək üçün İstanbula gəldi. Bu şəhərə yenidən vurulan Əsli öz karyerasını eyni zamanda burada da davam etdirməyə qərar verdi.
Yaradıcısı və ideya ruhlandırıcısı dizayner Veronika Vero olan Ukraynanın VERMICHELLE brendi. VERMICHELLE gözəlliyə, keyfiyyətə və fərdiliyə qiymət verənlərə istiqamətlənmişdir. Brend fashion-sənayesi bazarını elə sürətlə ələ almışdır ki, onun yeni kolleksiyalarını hamı səbirsizliklə gözləyir.
Layihənin sonuncu günündə Milan, Paris və Barselona moda həftələrində iştirak edən məşhur ispan dizayneri Corco Dalmau öz kolleksiyasını təqdim etdi. Corco Dalmau dünyada ən qeyri-adi toy libaslarının yaradıcısıdır. Jordi Dalmau Novias Moda evi 2001-ci ildə Barselonada toy libaslarında rənglərə və xırda detallara xüsusi diqqət yetirməklə, ənənə ilə müasirliyi bacarıqla uyğunlaşdırmaqla bu sahədə yeni səviyyəyə yüksəlməyə hazır olan gənc və dinamik şirkət kimi təsis edildi. Corco Dalmaunun gəlinləri qeyri-adi nağıl personajlarını xatırladır.
Dizayner həmişə həm rəng qamması, faktura, bəzək seçimində, həm də geyimlərin forma və uzunluğunun seçimində orijinal qərarlar verir. Dizaynerin ustalığı və yaratdığı məhsulların hər biri incə, dəqiq işləmə ilə unikal və təkrarsız, tanınan və orijinal tərz doğurur. Corci Dalmau deyir: "Məndən daim nə isə qeyri-adi bir şeylər gözləyirlər, ona görə də mən hər şeyi əksinə edirəm. Əgər trenddə düz siluetlər və açıq kürəkdirsə, məndə həcmli ətəklər və korsetlər olacaq. Mənim kolleksiyam - hər şeydən əvvəl, mənim və mənim gəlini öz toy günündə necə görməyimin ifadəsidir. Mən isə onu şahzadə kimi görürəm. Mənim kolleksiyam - fantaziyalarla, əjdahalarla və məğrur şahzadələrlə dolu bir aləmdir".
Layihənin böyük perspektivləri var, hər dəfə ona yeni, daha çox tərəfdaş qatılır. Növbəti layihə 2016-cı il martın əvvəlində baş tutacaq. Gələcək planlar barədə "Baku Fashion Nights" komandası mətbuatda ən yaxın vaxtlarda məlumat verəcək.
"Baku Fashion Nights 2015"-in tərəfdaşları:
"Day.az Group"
"Sketch" Restaurant & Lounge
"Glenfiddich"
"Caspian Coast"
"Ata Travel"
"Kassir.az"
"Wedding Azerbaijan" magazine
"Friday.az"
"Zuleyxa" magazine