...

Səbail RPİ-nin rəisi İlqar Mahmudov işinin başındadır

Cəmiyyət Materials 20 Oktyabr 2015 10:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Elmir Murad/

Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

Bunu Trend-ə Səbail Rayon Polis İdarəsindən bildiriblər.

İdarədən verilən məlumata görə, hazırda İ.Mahmudov işinin başındadır. Onun işdən azad edilməsi ilə bağlı da heç bir əmr və ya qərar verilməyib.

Qeyd edək ki, Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İ.Mahmudovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumatlar yayılıb. İ.Mahmudov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti