...

"Azərçay"ın dəstəyi ilə beynəlxalq çay festivalı keçirilib (FOTO)

Cəmiyyət Materials 20 Oktyabr 2015 16:11 (UTC +04:00)
20 oktyabr - Beynəlxalq Kulinariya Günü münasibətilə Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə ilk dəfə olaraq beynəlxalq çay festivalı təşkil olundu.
"Azərçay"ın dəstəyi ilə beynəlxalq çay festivalı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

20 oktyabr - Beynəlxalq Kulinariya Günü münasibətilə Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə ilk dəfə olaraq beynəlxalq çay festivalı təşkil olundu.

Azərbaycan çayının şöhrətini dünyaya yayan, üzərində "Made in Azerbaijan" yazılan və artıq beynəlxalq brendə çevrilən "Azərçay"ın sponsorluğu ilə baş tutan tədbirdə Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklər tərəfindən Yaponiya, Türkiyə, Çin, İran, Hindistan, Tacikistan və başqa ölkələrin ənənələrinə uyğun çay süfrəsi nümayiş olundu.

Tədbirdə çıxış edən "Azərçay" marka nümayəndələri Azərbaycanın qədim çay ənənələrindən, ildən-ilə Azərbaycanın cənub bölgəsində artırılan çay sahələrindən və bu istiqamətdə "Azərsun Holdinq" şirkəti tərəfindən yerli fermerlərin dəstəklənməsindən, eyni zamanda "Doğma çay"ımızın beynəlxalq arenada qazandığı uğurlardan bəhs etdi. Dünyaca məşhur "duty free" şəbəkəsi olan "Hayneman" şirkəti vasitəsilə "Azərçay"ın artıq dünyanın 50-dən çox hava limanında satıldığını qeyd etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti