...

Rasim Əliyevin ölümü ilə bağlı cinayət işinin istintaqı tamamlanmaq üzrədir

Cəmiyyət Materials 22 Oktyabr 2015 19:17 (UTC +04:00)
Bakı şəhər sakini Rasim Əliyevin ölümü ilə bağlı cinayət işinin istintaqı tamamlanmaq üzrədir.
Rasim Əliyevin ölümü ilə bağlı cinayət işinin istintaqı tamamlanmaq üzrədir

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Bakı şəhər sakini Rasim Əliyevin ölümü ilə bağlı cinayət işinin istintaqı tamamlanmaq üzrədir.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən şəxslərin dairəsinin qısa müddət ərzində müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması və digər zəruri istintaq hərəkətlərinin yerinə yetirilməsi təmin edilib.

Təyin edilmiş çoxsaylı ekspertiza rəyləri, o cümlədən məhkəmə-tibb ekspertizası rəyləri oktyabrın 20-də istintaqa təqdim edilib. Hazırda təqsirləndirilən şəxslərin ekspertiza rəyləri ilə tanış edilməsi prosesi davam etdirilir. İstintaqın tamamlanması, zərəçəkmiş şəxsin hüquqi varisinin ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tanış olmaları qısa müddətdə təmin ediləcək.

Qeyd edək ki, Bakı şəhər sakini R.Əliyev avqustun 8-də Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmiş və aldığı xəsarətlərdən orada dünyasını dəyişmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti