Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir Anaxanım Hidayətova/
Bakıda ənənəvi Meksika içkisi meskalın (tekila) təqdimatı keçiriləcək. Bunu Trend-ə Meksikanın Bakıdakı səfirliyindən deyiblər.
Təqdimat oktyabrın 27-də səfir Xuan Rodriqo Labardini Florenin iqamətgahında baş tutacaq.
İçki Meksikalı mütəxəssis tərəfindən təqdim olunacaq. Mütəxəssis meskal barədə ətraflı məlumat verəcək.