Azərbaycan, Bakı, 23 oktyabr /Trend/
Oktyabrın 23-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.
Qəzetin yeni sayında oxucular Azərbaycanda zeytunçuluğun perspektivləri, çox yeyib formada qalmağın yolları, Azərbaycanda kiçik biznesin inkişafına dövlət dəstəyi, Odlar Yurdunun "Termal Şəhərlər" beynəlxalq mədəni turizm marşrutuna qoşulması, Bakının sıxlıqdan azad olması yolları haqqında və digər məqalələrlə tanış ola bilərlər.
Həmçinin neçə uşağın ailəni daha ideal etdiyini bilmək istəyirsinizsə, bu sayı mütləq oxumalısınız.
"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.
Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.