...

Rolls-Royce Motor Cars-ın dəri ilə işləmə üzrə xüsusi bölməsinin misilsiz ustalığı (FOTO)

Cəmiyyət Materials 23 Oktyabr 2015 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Artıq bir əsrdən çoxdur ki, "Rolls-Royce Motor Cars" şirkəti arzularını avtomobillə ifadə etmək istəyən dəbdəbə həvəskarlarını bu imkanla təmin edir və müştərinin individual istəyindən asılı olaraq onun reallaşması üçün yüksək planka müəyyən edib.

İstehsalın yüksək səviyyəsi və keyfiyyətli materialların istifadəsi ilə fərqlənən, peşəkar ustalar tərəfindən yaradılan hər bir "Rolls-Royce" avtomobili istehsalçının yüzillik ənənələrinin və eyni zamanda yüksək keyfiyyətli texnologiyalarının ifadəsidir.

"Rolls-Royce"u digər şirkətlərdən fərqləndirən əsas elementlərdən biri "Grade-A Natural Grain" dərisindən istifadədir. Müştəri ilk dəfə "Rolls-Royce"a əyləşəndə interyerin bənzərsiz keyfiyyətini dərhal görür və hiss edir.

Peşəkar komanda tərəfindən seçilmiş və hazırlanmış premium dəri sayəsində "Rolls-Royce"un interyeri dəbdəbəli ab-havaya qərq edir. Söhbət Avropanın dağliq ərazilərində yetişdirilmiş öküzlərin dərisindən gedir ki, soyuq iqlimə görə həmin dərin üstündə həşəratların sancma və digər izlərinin olması ehtimalı azalır. Sözügedən öküzlər tikanlı məftil olmayan açıq ərazidə sərbəst və təhlükəsiz şəraitində yetişdirilir və bu, gələcəkdə avtomobil üçün istifadə olunacaq dərinin hamarlığını təmin edir.

Dərinin bütün səthində rəngin daimliyi üçün istifadə olunan hər bir parça eyni nəsil buğadan alınır. Bundan başqa, dəri ən əlçatan alət vasitəsilə - insan gözü ilə diqqətlə yoxlanılır.

Bundan sonra dəriyə bir qat boya vurulur ki, bu da digər premium avtomobil istehsalçılardan 6 dəfə nazik olan rəng səthini əmələ gətirir. Bu da, öz növbəsində "Full Grain Leather" dəri teksturasının detallarını görməyə və qiymətləndirməyə imkan yaradır. Bu proses, həmçinin boyanın dəriyə hopması zəmanətini yaradır ki, dəri zədələndiyi halda belə rəngin çaları qorunur.

Növbəti mərhələdə dəri minimal itki ilə 450 parçaya kəsə bilən və kompüterlə idarə olunan lazer vasitəsi ilə bölünür. Daha sonra kəsilən parçalar Gudvud zavodunda bacarıqlı ustalar tərəfindən əl ilə tikilir. Bu ağır proses zamanı interyerin dekorativ tikişlərlə bəzənməsi üçün 35 metr material işlənilir. Bir qədər sonra isə dəriyə "Rolls-Royce"un monoqramı və sifarişçinin şəxsi loqosu vurulur və hazır material səliqə ilə avtomobilə quraşdırılır.

Bu cür əziyyətli işin nəticəsi - müştərinin yeni "Rolls-Royce"un qapısını açdığı və "Natural Grain Leather" premium dəri ilə xüsusi işlənmiş yumşaq və incə oturacaqlara əyləşdiyi zaman keçirdiyi heyran hissi və avtomobilin interyerinin hazırlanması zamanı istehsalçının kompromisə getməyərək əsl avtomobil şedevri yaratmasına dair əminlik hissi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti