...

Prezident İlham Əliyev Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına yeni sədr təyin edib

Cəmiyyət Materials 4 Noyabr 2015 09:47 (UTC +04:00)
Milli Təhlükəsizlik nazirinin 1-ci müavini Mədət Quliyev Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri təyin edilib.
Prezident İlham Əliyev Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına yeni sədr təyin edib

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Milli Təhlükəsizlik nazirinin 1-ci müavini Mədət Quliyev Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri təyin edilib.

Bu barədə Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr İdarəsinin rəisi Arif Babayev Trend-in sorğusuna verdiyi cavabında deyib: "Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin 30 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə Milli Təhlükəsizlik nazirinin 1-ci müavini Mədət Quliyev Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri təyin edilib".

Qeyd edək ki, oktyabrın 17-də Prezident İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunub. Digər sərəncamla Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev Milli Təhlükəsizlik nazirinin birinci müavini təyin edilib və nazir səlahiyyətləri M.Quliyevə həvalə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti