...

Beynəlxalq alyansın rəhbəri aviasiya muzeyində olub (FOTO)

Cəmiyyət Materials 4 Noyabr 2015 15:39 (UTC +04:00)
"Azərbaycan-Ukrayna" beynəlxalq alyansın rəhbəri Elmar Məmmədov ölkələr arasında dostluq əlaqələrinin qurulması layihəsi çərçivəsində Ukrayna Milli Aviasiya Universitetinin Dövlət Aviasiya Muzeyində olub.
Beynəlxalq alyansın rəhbəri aviasiya muzeyində olub (FOTO)

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

"Azərbaycan-Ukrayna" beynəlxalq alyansın rəhbəri Elmar Məmmədov ölkələr arasında dostluq əlaqələrinin qurulması layihəsi çərçivəsində Ukrayna Milli Aviasiya Universitetinin Dövlət Aviasiya Muzeyində olub.

Muzeyin direktoru Yuri Ziatdinov görüş zamanı E.Məmmədova məlumat verib ki, muzey dünya aviasiyasının 100 və Ukrayna aviasiyasının 80 illiyi ərəfəsində 2003-cü ilin sentyabrında açılıb və Ukraynada texniki profilli ən böyük muzeydir.

Direktor E.Məmmədov üçün muzey üzrə ekskurs aparıb. Muzeyin 20 hektar ərazisində təqribən 70 eksponant toplanıb: helikopterlər, raket daşıcıyıcıları, qırıcılar, təlim-məşq və sərnişin təyyarələri.

Görüşün yekununda E.Məmmədova muzeyin Fəxri qonağı diplomu təqdim edilib və xatirə şəkilləri çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti