Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir Elmir Murad/
"Elmlər Akademiyası" metro stansiyasının yeni çıxışları dekabr ayında açıla bilər. Bunu Trend-ə ərazidə çalışan işçilər deyib.
Tikinti işlərinin böyük hissəsinin yekunlaşdığını deyən işçilər qeyd ediblər ki, hazırda tamamlanma işləri həyata keçirilir: "Artıq çox işləri bitirmişik. Hazırda yüngül kosmetik işləri aparırıq. Bütün işlər noyabrın ortalarına kimi yekunlaşsa, dekabrda açılış olmalıdır".
"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev isə Trend-ə açılışın konkret nə vaxt olacağı barədə məlumatı olmadığını bildirib.
Qeyd edək ki, ərazidə xeyli abadlıq işləri görülüb. Yerlərə tametlər vurulub, güllər əkilib. AMEA-nın Mərkəzi Kitabxanasının yanından Bakı Dövlət Universitetinə kimi olan yolda yeni işıq dirəkləri quraşdırılıb.