...

Yevlax-Balakən magistralının genişləndirilməsi işləri ilə tanışlıq (FOTO)

Cəmiyyət Materials 4 Noyabr 2015 22:25 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Yevlax-Balakən magistral yolunun Yuxarı və Aşağı Tala kəndlərinin, həmçinin Zaqatala şəhərinin ərazisindən keçən hissəsinin genişləndirilməsi və abadlaşdırılması işləri ilə tanış olub
Yevlax-Balakən magistralının genişləndirilməsi işləri ilə tanışlıq (FOTO)

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Yevlax-Balakən magistral yolunun Yuxarı və Aşağı Tala kəndlərinin, həmçinin Zaqatala şəhərinin ərazisindən keçən hissəsinin genişləndirilməsi və abadlaşdırılması işləri ilə tanış olub.

Dövlətimizin başçısına məlumat verildi ki, əsaslı təmir zamanı Yuxarı Tala kəndinə girişdə yol qovşağı inşa edilib, ərazi abadlaşdırılıb. Avtomobil yolunun Yuxarı Tala və Aşağı Tala kəndləri ərazisindən keçən hissəsində ikitərəfli yola keçid üçün yolun genişləndirilməsi məqsədilə 2 min metr uzunluğunda ikitərəfli istinad divarı və səki inşa edilib. Ümumilikdə, 4 kilometr uzunluğu olan yolda görülən işlər çərçivəsində müasir dayanacaqlar qoyulub, işıqlandırma sistemi quraşdırılıb. Hazırda yolun digər hissələrinin genişləndirilməsi və abadlaşdırılması işləri davam etdirilir.

Dövlətimizin başçısı işlərin yüksək səviyyədə görülməsi üçün tapşırıq və tövsiyələrini verdi.

Xəbər lenti

Xəbər lenti