...

Azad Rəhimov Goranboyda vətəndaşları qəbul edib (FOTO)

Cəmiyyət Materials 6 Noyabr 2015 14:28 (UTC +04:00)
Azad Rəhimov Goranboyda vətəndaşları qəbul edib.
Azad Rəhimov Goranboyda vətəndaşları qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Azad Rəhimov Goranboyda vətəndaşları qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, Gənclər və idman naziri Azad Rəhimov noyabrın 6-da Goranboy rayonunda Gəncə, Naftalan şəhərləri, Ağstafa, Daşkəsən, Goranboy, Göygöl, Gədəbəy, Qazax, Samux, Şəmkir və Tovuz rayon sakinlərini qəbul edib.

Saat 12:00-da Heydər Əliyev Mərkəzində (Goranboy şəh, Heydər Əliyev prospekti-4, Heydər Əliyev parkının ərazisi, RİH ilə üzbəüz ) baş tutan qəbulda umumilikdə 40-a yaxın vətəndaş iştirak edib.
Müraciətlər əsasən gənclər, idman, tikinti sahələri, ipoteka kreditlərinin verilməsi, iş ilə təminatla bağlı olub.

Gənclər sahəsi üzrə edilən 10-a yaxın müraciət Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti ilə bağlı olub.

İdman sahəsində 15-dən artıq müraciət olub ki, onların da sırasında idman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması və s olub.

Digər müraciətlər ipoteka kreditlərinin verilməsi, iş ilə təminat və şəxsi məsələlər istiqamıtində olub. Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti