...

Oktyabr ayında 83 ədəd mina və partlamamış hərbi sursat zərərsizləşdirilib

Cəmiyyət Materials 10 Noyabr 2015 13:10 (UTC +04:00)
2015-ci ilin oktyabr ayı ərzində 3,657,657 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib, 83 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib.
Oktyabr ayında 83 ədəd  mina və partlamamış hərbi sursat zərərsizləşdirilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

2015-ci ilin oktyabr ayı ərzində 3,657,657 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib, 83 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mətbuat xidmətindən verilən məlumatda bildirilir.

Əməliyyatlarda 488 nəfər minaaxtaran mütəxəssis və 112 nəfər yardımçı heyət iştirak edib. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib.

İndiyədək cəmi 309,423,464 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 713,777-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağcabədi, Ağstafa, Füzuli, Gəncə, Göygöl, Xocavənd, Lənkəran, Qazax, Abşeron və Tərtər rayonlarında davam etdirilir.

2015-ci ilin oktyabr ayı ərzində 2 mina/PHS hadisəsi qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti