...

Azərbaycanlı akademik "Türk dünyasına xidmət" qızıl medalına layiq görülüb

Cəmiyyət Materials 10 Noyabr 2015 16:41 (UTC +04:00)
Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü - akademiki seçilib və "Türk dünyasına xidmət" Beynəlxalq Qızıl Medalına layiq görülüb.
Azərbaycanlı akademik "Türk dünyasına xidmət" qızıl medalına layiq görülüb

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü - akademiki seçilib və "Türk dünyasına xidmət" Beynəlxalq Qızıl Medalına layiq görülüb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, bu gün keçirilən təqdimetmə mərasimində çıxış edən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının prezidenti, professor Hayrettin İvgin akademiyanın bu qərarının heç də təsadüfi olmadığını deyib:

"Akademik Cəmil Əliyevin adı Türkiyənin bütün elmi dairələrində yaxşı tanınır və hörmətlə qarşılanır. Cəmil Əliyev Rusiyanın, Gürcüstanın, Azərbaycanın elmlər akademiyalarının, həmçinin Avropa Təbiət Elmləri Akademiyasının akademiki, İngiltərənin Hammersmit Kral Universitetinin və ABŞ-ın MD Anderson Xərçənglə Mübarizə Mərkəzinin fəxri professorudur. Tam səmimi deyirəm, bir türk insanının, bir Azərbaycan aliminin belə yüksək məqama çatması haqqında əldə etdiyim məlumat mənim üçün çox xoş və qürurvericidir. Həm də ABŞ-ın bu mərkəzi Cəmil Əliyevin rəhbərlik etdiyi Milli Onkologiya Mərkəzini özünün postsovet məkanında yeganə tərəfdaşı seçib və yaxın günlərdə bu niyyət rəsmiləşdiriləcək".

Akademik C.Əliyev onun əməyinə və elmi fəaliyyətinə verilən bu yüksək mükafatlara görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Rəyasət Heyətinə minnətdarlığını bildirib: "Bu gün mənə təqdim olunan bu mükafatları həm də Milli Onkologiya Mərkəzinin kollektivinə mükafat kimi qiymətləndirirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti