• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Cəmiyyət

Leyla Əliyeva: "Baku" jurnalının sayəsində bir-birimizə daha yaxın oluruq

12 Noyabr 2015 16:30 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

"Baku" beynəlxalq jurnalının 50-ci, yubiley nömrəsi çapdan çıxıb.

Jurnalın baş redaktoru Leyla Əliyeva bu nəşrin yubiley nömrəsində yazır: "Jurnalın ən birinci nömrəsinin çapa imzalandığı gündən elə də çox vaxt keçməyib, amma artıq əllinci nömrə çapdan çıxır. Bu əlli nömrənin hər birinin öz süjetləri, öz qəhrəmanları və əlbəttə, öz taleyi olub. Onlar hamısı birlikdə və hər biri ayrılıqda öz adına tamamilə müvafiqdir. Həqiqətən, jurnalımızın hər nömrəsi redaktor sütunundan başlamış dünyəvi xronikaya qədər Bakının ruhunu ifadə edir.

Jurnalın hər bir nömrəsi gözəl Bakı şəhərinə sevgi etirafıdır. Bu şəhərdə "onun sakinlərinin bənzərsiz məlahəti, gümrahlıq və nikbinlik duyğuları hiss edilir". Dünyanın hansı guşəsində olmağınızdan, bayırda hava şəraitindən asılı olmayaraq "Baku" jurnalı həmişə sizə günəş işığı, hərarət bəxş edəcək, nə isə yeni bir mövzuda söhbət açacaq, sizi maraqlandıracaq, bəzən də əyləndirəcək".

Leyla Əliyevanın fikrincə, "Bakıya gələnlərin sayı artdıqca jurnalın oxucularının sayı da artır və əksinə: bizim jurnalı oxuyan hər kəs gec-tez, qısa müddətə də olsa, şəhərimizə gəlmək imkanı axtarmağa başlayır və belə bir imkan tapır. Lakin Bakıya heyran olmaq və onunla görüşləri bizim jurnalın səhifələrində davam etdirmək üçün bir neçə gün də kifayətdir".

Bütün bunlar jurnalın peşəkar yaradıcı komandasının böyük zəhməti və oxucuların sayəsində əldə edilib. Nəşrin baş redaktoru yazır: "Bu, bizim ümumi uğurumuzdur. Bakıda olan hər kəs bu şəhərin unikal rusdilli mühitini xüsusi qeyd edir. Aşkardır ki, bakılıların məlahətli rus dilinə vurulmamaq mümkün olmadığı kimi, həmin rusdilli mühitin hər hansı dekretlər və fərmanlar vasitəsilə yaradılması da mümkün deyil. İlk növbədə ona görə ki, bu dil onu hədsiz sevən insanların canlı, dinamik ünsiyyət vasitəsidir. Bakıda rus mədəniyyətinə tələbat bəlkə də elə bununla müəyyən edilir".

Jurnalın hər nömrəsi çapdan çıxandan sonra oxucular Azərbaycanı daha yaxşı tanıyır, bu ölkəyə səyahət edir, onun təklif etdiyi reseptlər əsasında yeməklər hazırlayır, Azərbaycanın tarixini yenidən dərk edir, dünyanın müxtəlif guşələrində yaşayan istedadlı bakılılarla tanış olurlar.

"Baku" jurnalının baş redaktoru Leyla Əliyeva sonda yazır: "Bizim jurnalda mənim özümə ən çox xoş gələn odur ki, bu nəşrdə darıxdırıcı olmayan bütün janrlara yer verilir. "Baku" jurnalının sayəsində bir-birimizə daha yaxın oluruq. Görünür, tolerantlıq, qarşılıqlı anlaşma və qarşılıqlı hörmət ab-havasına doğru aparan ən düzgün yol budur, bunlarsız sabahkı günü təsəvvür etmək mümkün deyil".

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Baku beynəlxalq jurnalı
  • Leyla Əliyeva
Azernews Newspaper
Digər xəbərlər
Leyla Əliyeva “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyətin açılışında iştirak edib (FOTO)
Cəmiyyət 14 Aprel 21:56
Leyla Əliyeva 76 il əvvəl həlak olmuş azərbaycanlı döyüşçünün xatirəsini yad edib (FOTO)
Siyasət 13 Aprel 18:05
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada uşaqlar üçün donor qanvermə aksiyası keçirilib (FOTO)
Cəmiyyət 5 Aprel 19:53
Leyla Əliyeva Heydər Əliyev Fondunun uşaqlar üçün təşkil etdiyi tədbirdə iştirak edib (FOTO)
Cəmiyyət 7 Mart 22:19
Leyla Əliyeva Dənizkənarı Milli Parkın yeni bulvar hissəsində qurulmuş idman meydançasının açılış mərasimində iştirak edib (FOTO)
Cəmiyyət 5 Mart 19:31
Leyla Əliyeva Heydər Əliyev Mərkəzində “Xocalı 613” adlı klassik musiqi gecəsində iştirak edib (FOTO)
Siyasət 27 Fevral 11:36
Leyla Əliyeva "Xocalıya ədalət!" kampaniyası çərçivəsində ağacəkmə aksiyasında iştirak edib (FOTO)
Siyasət 26 Fevral 13:15
Leyla Əliyeva Xocalı faciəsinin ildönümü ilə bağlı “Badam ağacı çiçəkləyəndə” tamaşasının təqdimatında iştirak edib (FOTO)
Cəmiyyət 22 Fevral 23:09
Heydər Əliyev Mərkəzində Aleksey Beqovun fərdi sərgisi açılıb (FOTO)
Cəmiyyət 17 Yanvar 23:21
Leyla Əliyevanın təşəbbüsü ilə "Bizim həyət" layihəsinə start verilib (FOTO)
Siyasət 23 Dekabr 2017 11:06
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün keçirilən şənlikdə iştirak edib (FOTO)
Cəmiyyət 22 Dekabr 2017 20:53
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva V Azərbaycan-Rusiya Gənclər Forumunun açılışında iştirak edib (FOTO)
Siyasət 21 Dekabr 2017 13:11
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Red Bull IIlume" sərgisinin açılışında iştirak edib (FOTO)
Cəmiyyət 20 Dekabr 2017 00:00
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qəbələdə vətənpərvərlik mövzusuna həsr olunmuş “Poeziya günü”ndə iştirak edib (FOTO) (YENİLƏNİB)
Siyasət 16 Dekabr 2017 09:50
"Qəlbin yaddaşı" heç kimi laqeyd qoymayacaq. Leyla Əliyevanın şeirinə bəstələnmiş mahnı (VİDEO)
Mədəniyyət 12 Dekabr 2017 13:44
Leyla Əliyeva Moskvada "Pəncərədən düşən işıq" sənədli filminin təqdimatında iştirak edib (FOTO)
Mədəniyyət 28 Noyabr 2017 10:25
Leyla Əliyeva və Arzu Əliyeva “YARAT”da yoqa ilə bağlı seminarda iştirak ediblər (FOTO)
Cəmiyyət 27 Noyabr 2017 19:21
Leyla Əliyeva UNICEF-in regional direktoru ilə görüşüb (FOTO)
Cəmiyyət 22 Noyabr 2017 10:09
Ən çox oxunanlar
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbçilərin ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman imzalanıb
Azərbaycanda din xadimlərinə maddi dəstək veriləcək - Siyahı dəqiqləşdirilir
4 marşrut xəttinin hərəkət CƏDVƏLİNDƏ dəyişiklik edildi
Nəzər nöqtəsi
Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur

Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur

Sarkisyanın 10 illik diktaturası ərzində Ermənistan olduqca çətin vəziyyətə düşüb
Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib
Elman Nəsirov: Ermənistanda siyasi böhran pik nöqtəsinə gəlib çatıb
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter