...

Azərbaycanda radikal dini qruplara meylli insanların sayı azalıb

Cəmiyyət Materials 16 Noyabr 2015 13:35 (UTC +04:00)
Azərbaycanda radikal dini qruplara meylli insanların sayı azalıb.
Azərbaycanda radikal dini qruplara meylli insanların sayı azalıb

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda radikal dini qruplara meylli insanların sayı azalıb.

Bunu Trend-ə Dini Qurumla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri qeyd edib ki, apardıqları təhlillərin nəticələrinə görə, Azərbaycanda radikal dini qruplara meylliliyin azalma tendensiyası müşahidə edilir:

"Radikal meyllillər azalıb. Xüsusilə müxtəlif radikal qruplar gəncləri müxtəlif qeyri-qanuni silahlı birləşmələrə qoşulmağa şirnikləndirirək Azərbaycandan aparırdılar ki, bu hallarda azalma müşahidə olunur. Amma bu, bizi arxayınlaşdırmır. Biz hesab edirik ki, radikalizmin bütün çalarlarına qarşı mübarizə aparılmalıdır".

M.Qurbanlı deyib ki, komitənin bugünki fəaliyyətinin qayəsində ilk yeri maarifləndirmə işlərinin aparılması, islamın, ənənəvi islami dəyərləmizin insanlara çatdırılması, ikinci yerdə müxtəlif dinlərdə - istər xristanlıq, istər islam, istərsə də yəhudilikdə radikal dini qruplara qarşı mübarizə aparmaq məsələsi dayanır: "Eyni zamanda, ölkəmizdə dövlət-din münasibətləri, cəmiyyətdəki dini münasibətlərlə bağlı bütün məsələlərə biz diqqətlə yanaşırıq və bunlarla bağlı təşviqat işlərimizi aparırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti