...

Əlilliyi olan şəxslərlə bağlı yeni strateji planın layihəsi təqdim olunub (FOTO)

Cəmiyyət Materials 19 Noyabr 2015 16:18 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Tvinninq layihəsi çərçivəsində hazırlanmış yeni strateji planın layihəsi təqdim olunub.
Əlilliyi olan şəxslərlə bağlı yeni strateji planın layihəsi təqdim olunub (FOTO)

Bakı. Trend:

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Tvinninq layihəsi çərçivəsində hazırlanan və əlilliyi olan şəxslərlə bağlı fəaliyyətin təşkili üçün metodoloji istiqamətləri nəzərdə tutan yeni strateji planın layihəsi təqdim olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov əlilliyi olan şəxslərlə bağlı hüquqlar sisteminin mütərəqqi beynəlxalq prinsiplər əsasında təkmilləşdirilməsinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial inkişaf kursunda mühüm yer tutduğunu vurğulayıb: "Bununla bağlı olaraq son illərdə BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasının müddəaları diqqətdə saxlanmaqla "Əlilliyi olan şəxslərin hüquqları haqqında" yeni qanunun, eləcə də "Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı"nın layihələri hazırlanıb. Bu sahədə görülən işlərə BMT-nin Əlillərin Hüquqları üzrə Komitəsi tərəfindən müsbət rəy verilib. Həmin Komitənin tövsiyələri, həmçinin geniş ictimai müzakirə şəraitində təqdim olunan təkliflər əsasında bu layihələr daha da təkmilləşdirilib".

N.Məmmədov bildirib ki, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Fəaliyyət Proqramında əksini tapan hüquqların həyata keçirilməsi ilə bağlı "Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək" Tvinninq layihəsi çərçivəsində strateji planın layihəsi hazırlanıb: "Bu layihə ölkəmizdə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyin səmərəli şəkildə icrası, bu prosesdə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasının prinsiplərinin nəzərə alınması, əlilliyi olan şəxslərlə bağlı fəaliyyətin düzgün və məqsədyönlü təşkili üçün metodoloji istiqamətləri nəzərdə tutur. Fransalı ekspertlər və yerli mütəxəssislər tərəfindən hazırlanan bu strategiya sənədi layihə formasındadır və orada tövsiyə xarakterli fəaliyyət istiqamətləri əksini tapıb. Hazırda keçirilən bu tədbir də həmin sənədin layihəsinin təqdimatı və müzakirəsi məqsədinə yönəlib".

Nazir müavini müzakirələr əsasında qeyd olunan strateji planın layihəsinin təkmilləşdirilməsinin və gələcəkdə əlilliyi olan şəxslərlə iş sahəsində istifadə edilməsinin nəzərdə tutulduğunu bildirib.

Daha sonra fransalı ekspert Jan-Klod Lömasson tərəfindən əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində fəaliyyətlə bağlı strateji planın layihəsi təqdim edilib.

Yeni layihə tədbir iştirakçıları tərəfindən geniş müzakirə olunub, rəy və təkliflər bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti