Horadizdə “Sənə inanırıq, ölkə rəhbəri, sənə güvənirik, Vətən əsgəri!” devizli tədbir keçirilib (FOTO)

Horadizdə “Sənə inanırıq, ölkə rəhbəri, sənə güvənirik, Vətən əsgəri!” devizli tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Horadiz şəhərində "Sənə inanırıq, ölkə rəhbəri, sənə güvənirik, Vətən əsgəri!" devizi altında kütləvi hərbi vətənpərvərlik tədbiri keçirilib.

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, MN-nin və Füzuli rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Horadiz şəhər stadionunda "Sənə inanırıq, ölkə rəhbəri, sənə güvənirik, Vətən əsgəri!" devizi altında teatrlaşdırılmış kütləvi hərbi vətənpərvərlik bayramı keçirilib.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xeyir-duası və Ali Baş Komandanlığı ilə başlanan Horadiz əməliyyatı 1994-cü il yanvarın 6-da uğurla başa çatmış və bu əməliyyat nəticəsində qısa vaxt ərzində Füzuli rayonunun 22 yaşayış məntəqəsi Ulu Öndərimizin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsinə gedərək orduda və yerli əhalidə ruh yüksəkliyi, böyük inam yaratması ilə azad edilmiş, düşmənin Beyləqana irimiqyaslı hücumunun qarşısı alınmış, Cəbrayılın Cocuq-Mərcanlı kəndi işğaldan azad edilmiş, ümumilikdə 21 min hektar ərazi yağı tapdağından xilas olunmuşdur. Düşmən həm döyüş texnikası, həm silah-sursat, həm də canlı qüvvə sarıdan xeyli itki verərək geri oturdulmuşdur.
Tamamilə dağıdılmış və viran qalmış Horadizin xarabalıqları üzərində yaşıllıqlara qərq olmuş gözəl bir yaşayış məntəqəsi yaradılmış və möhtərəm prezidentimiz cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən Horadizə şəhər statusu verilmişdir. Ali Baş Komandan son illərdə bu bölgəyə bir neçə dəfə səfər etmiş və şəhərin daha da inkişafı məqsədilə sərəncamlar vermişdir.
Horadizlilər daim atəş altıda olmasına baxmayaraq bu şəhərdə yaşamaqdan, Azərbaycan əsgəri isə cəbhəboyu bölgənin keşiyində durmaqdan böyük qürur duyurlar.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bölgəyə səfərlərindən birində demişdir: "Biz Horadiz şəhərinin timsalında dirçələn Azərbaycanı, qüdrətli Azərbaycan Ordusunu, Ulu Öndər Heydər Əliyevin siyasətini görürük".
Məhz polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə uğurla keçən kütləvi hərbi vətənpərvərlik bayramında da minlərlə tamaşaçı bir-birindən maraqlı səhnələr, vizual görüntülər, min nəfərlik əsgər xorunun, birləşmiş bədii özfəaliyyət kollektivlərinin, Füzuli Dövlət Dram Teatrı aktyorlarının, Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının, mədəniyyət və incəsənət ustalarının, musiqi kollektivlərinin, hərbi orkestrin və Gəncə Qarnizonu Zabitlər Evinin xüsusi təşviqat qrupunun iştirakı ilə təqdim edilən ədəbi-bədii, musiqili-xoreoqrafik kompozisiyalarda Azərbaycanın son illərdəki dinamik sürətli inkişafını, dirçəlişini, Azərbaycan Ordusunun qüdrətini, Ulu Öndər Heydər Əliyev siyasətinin uğurlu davamını izləyə biliblər.
Tədbir başlamazdan öncə Müdafiə Nazirliyinin rəsmiləri, Füzuli rayon icra hakimiyyətinin rəhbərliyi, veteranlar və respublikanın paytaxtından gəlmiş qonaqlar Ümummilli Lider Heydər Əliyevin Horadiz şəhərinin mərkəzindəki abidəsini ziyarət edib və qarşısına gül-çiçək dəstələri düzüblər.
Kütləvi tədbir Əməkdar mədəniyyət işçisi, polkovnik-leytenant Rafiq Hacıyevin drijorluğu ilə hərbi orkestrin ifasında general Yusif Axundzadənin "Azərbaycan fanforası"nın səslənməsi ilə başlanıb. Bütün tədbir iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini ifa edib. Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev bayram iştirakçılarını salamlayaraq səmimi arzularını bildirib. Respublikanın bütün bölgələrində olduğu kimi Füzuli rayonunun da son illərdə möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında inkişafından, iqtisadi, mədəni dirçəlişindən, əhalinin sosial rifahının yüksəlməsindən, ölkə rəhbərliyinin ərazisi işğal olunmuş digər rayonların əhalisi ilə yanaşı, bu rayonun da sakinlərinə daimi diqqət və qayğı göstərməsindən minnətdarlıq hissi ilə danışıb. O, qeyd edib ki, Horadiz şəhəri və digər Arazboyu yaşayış məntəqələri işğaldan azad olunduqdan sonra dağıdılmış kəndlər, sosial obyektlər bərpa olunub, füzulililər doğma yurdlarına qayıdıblar. Hazırda rayonun işğaldan azad olunmuş hissəsində 70 mindən çox insan yaşayır. Ölkə rəhbərinin qayğısı ilə Füzulidə yeni qəsəbələr salınıb, müasir sosial-infrastruktur layihələrinin reallaşdırılması rayona yeni həyat bəxş edib. Azərbaycan Prezidentinin rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 6 sərəncamı bu rayona göstərilən diqqət və qayğının bariz nümunəsidir. İcra başçısı vurğulayıb ki, bu bölgədə ordu ilə xalqın sağlam və sarsılmaz birliyi yaranıb. Füzulililər ölkə rəhbərinə inanır, Vətən əsgərinə güvənirlər. Onlar əmindirlər ki, tezliklə Ali Baş Komandanımızın rəhbərliyi, ordu ilə xalqın birliyi və xalqına, millətinə arxalanan Azərbaycan əsgərinin zəfər yürüşü ilə işğal altında olan digər torpaqlarımız da azad olunacaq, Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək, müqəddəs bayrağımız Şuşada, Laçında, Xankəndidə və eləcə də Füzulidə dalğalanacaqdır.
Görkəmli ictimai-siyasi xadim Bahar Muradova belə bir kütləvi vətənpərvərlik tədbirinin Horadiz şəhərində keçirilməsinin heç də təsadüfi olmadığını qeyd edərək deyib ki, həqiqətən də möhtərəm Prezidentimizin dediyi kimi, biz Horadiz şəhərinin timsalında dirçələn Azərbaycanı, qüdrətli Azərbaycan Ordusunu, ulu öndər Heydər Əliyevin siyasətini görürük. Heç kim işğal altında olan digər ərazilərimizin də Horadiz kimi azad ediləcəyinə, bərpa olunacağına, yeni quruculuq işlərinin başlanacağına, məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına tezliklə qayıdacaqlarına şübhə etməməlidir. Çünki, müdrik və qətiyyətli Prezidentimiz elə bir məqsədyönlü siyasət aparır ki, artıq dünya Azərbaycan reallıqları ilə razılaşmağa məcburdur. İstər Avropa ölkələrində, istər Yaxın Şərqdə iqtisadi, siyasi, hərbi və mənəvi böhran yaşandığı, Ermənistanın iflasa uğradığı, çökdüyü bir vaxtda Azərbaycandakı sabitlik, davamlı iqtisadi inkişaf, qüdrətli və qarşısına qoyulmuş hər hansı bir döyüş tapşırığını icra etməyə qadir və hazır olan Silahlı Qüvvələrin yaranması xalqın öz rəhbərinə inamını və milli təhlükəsizliyimizin təminatçısı olan Azərbaycan Ordusuna öz güvəncini daha da artırıb. Bu gün hamı bir amal, bir məqsəd, bir bayraq altında birləşib. Bütün ölkə vətəndaşları kimi füzulililər də Azərbaycan uğrunda, Qarabağ uğrunda Ali Baş Komandanın hər bir əmrinə hər an müntəzirdirlər.
Sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbriki tədbir iştirakçılarına çatdırılıb. Müdafiə nazirinin bir neçə gün öncə hərbçilər üçün tikilmiş yeni yaşayış binasının açılış mərasimində dediyi sözlər xatırlanaraq əminliklə bildirilib ki, biz düşməni məhv edərək onu mütləq torpaqlarımızdan qovacaq və yaxın müddətdə ərazilərimizi işğaldan azad edəcəyik.
Teatrlaşdırılmış kütləvi vətənpərvərlik tədbirinin gedişi zamanı tamaşaçiların gözləri qarşısında ötən əsrin 90-cı illəri canlandırılıb. Ulu öndər Heydər Əliyevin Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə yeni hücumları və təcavüzü ilə bağlı milli televiziya və radio ilə xalqa 2 noyabr 1993-cü il tarixli müraciəti ilə xalqın milli mənlik şüurunun oyandığı və ordu quruculuğunda yeni bir mərhələnin başlanıldığı bədii vasitələrlə təqdim olunub, irihəcmli monitorda Ulu Öndərin cəbhə bölgəsinə səfərləri, yerli əhali və döyüşçülərlə görüşləri işıqlandırılıb.
Füzuli Dövlət Dram Teatrı aktyorlarının ifasında "Hər şey ordu üçün, hər şey qələbə üçün!" ədəbi-bədii kompozisiyası tamaşaçıların vətənpərvərlik hissini, ölkə rəhbərinə inamını və Vətən əsgərinə güvəncini daha da artırıb.
Döyüş texnikalarının və şəxsi heyətin iştirakı ilə Azərbaycan Silahlı Qüvvələrinin tarixində ən uğurlu əməliyyat olan Horadiz əməliyyatının stadionda canlandırılması, bu əməliyyat zamanı şəxsi rəşadət və şücaət nümunələri göstərmiş müharibə veteranlarının, qazilərin alqışlarla qarşılanması, eləcə də şəhid Milli Qəhrəmanların aktyorların ifasında təqdimatı tamaşaçıların böyük marağına səbəb olub. Azərbaycanın Milli Qəhrəmanları Pəhlivan Fərzəliyev, Rasim İbrahimov, Seymur Məmmədov, Elxan Zülfüqarov, Faiq Rəfiyev və başqaları yenidən həyata qayıtsaydılar yenə də öz canlarını Vətən uğrunda qurban verər, Qarabağ uğrunda candan keçərdilər, deyiblər.
Füzuli rayonunun Aşağı Əbdürəhmanlı kəndi uğrunda döyüşlərdə gözlərinin nurunu itirmiş, Paralimpiya və Birinci Avropa Oyunlarının çempionu İlham Zəkiyev paytaxtın Şəhidlər Xiyabanından alovlandırdığı məşəllə stadiona daxil olub. Ona Füzuli rayon icra hakimiyyəti başçısının sərəncamı ilə Füzulinin müdafiəsində və gənclərin hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə rayonun fəxri sakini adı verilib. İlk Avropa Oyunlarında qazandığı qələbəyə görə İlham Zəkiyevin şərəfinə ucaldılmış bayraqla meydana daxil olan (bir neçə ay öncə İlham Zəkiyev xidmət etdiyi hərbi hissənin qonağı olmuş və həmin bayrağı tezliklə Füzulidə ucaltmaq arzusu ilə davamçılarına təqdim etmişdir) xüsusi təyinatlıların nümunəvi çıxışları alqışlarla qarşılanıb.
Aparıcılar (Xalq artisti Pərvanə Məmmədova, Əməkdar incəsənət xadimi Abdulla Qurbani) Azərbaycan ordusunun güc və qüdrətindən söhbət açıb, bölgənin müdafiəsində dayanan hərbi hissələrin uğur və nailiyyətlərindən, düşmən kəşfiyyat-təxribat qruplarının qarşısının vaxtında və layiqincə alınmasındakı xidmətlərindən, ordu ilə xalqın birliyindən geniş bəhs ediliblər. Hərbçilər nizami addımlarla, qələbə əzmi ilə tamaşaçılar qarşısından keçiblər.
Füzuli rayonundan həqiqi hərbi xidmətə çağırılmış, müxtəlif bölgələrdə xidmət edən döyüş və mənəvi-psixoloji hazırlıqda fərqlənən əsgərlərin, xüsusi təyinatlı təhsil müəssisələri kursantlarının stadiona daxil olması və onların çıxışları həm tamaşaçılara, həm də onların valideynlərinə xoş anlar yaşadıb.
Məhəmməd Füzulinin (Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev) stadiona daxil olması və onun "Artıq qisas vaxtı çatıb, qoşun çıxsın son döyüşə!" çağırışı tamaşaçıların ayaqüstə alqışı ilə cavablanıb.
Geniş ekranda surəti görünən və alqışlarla qarşılanan Azərbaycan Respublikasının Prezidentı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin "Bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzü bərpa etməkdən ibarətdir. Mən əminəm ki, güclənən Azərbaycan buna da nail olacaq və bizim milli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaqdır. Hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü öz işi ilə yaxınlaşdırmalıdır. Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!" sözlərindən sonra "Sənə inanırıq, ölkə rəhbəri, sənə güvənirik, Vətən əsgəri!" kompozisiyası təqdim olunub. Bütün iştirakçılar ayağa qalxaraq bir daha Azərbaycan uğrunda Ali Baş Komandanın hər bir əmrinə hazır olduqlarını bəyan ediblər. Əsgər xoru "And içirik" mahnısını ifa edəndə tamaşaçılar da onlara qoşulub.
Tədbirin sonunda rayon rəhbərliyi və qonaqlar belə bir möhtəşəm tədbirin düşmənlə təmas xəttində, Horadiz şəhərində reallaşmasına göstərdiyi təşəbbüs və köməyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirib və bu kimi kütləvi hərbi-vətənpərvərlik tədbirlərinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Qax və Zaqatalanın giriş-çıxışlarında karantin postları qurulub (FOTO)
Qax və Zaqatalanın giriş-çıxışlarında karantin postları qurulub (FOTO)
Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə və bəzi KİV nümayəndələrinə xəbərdarlıq edib
Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə və bəzi KİV nümayəndələrinə xəbərdarlıq edib
Elsiz-obasız, torpaqsız olmaq dünyada heç bir dərdlə müqayisə edilə bilməz - Zəngilan sakini
Elsiz-obasız, torpaqsız olmaq dünyada heç bir dərdlə müqayisə edilə bilməz - Zəngilan sakini
Loading Bars
Xəbər lenti
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 24.10.2020 tarixli bölüm
Prezidentə yazırlar: Erməni terrorçularına qarşı qətiyyətli mövqe göstərdiyinizə görə Sizinlə fəxr edirik
Düşmənin bölmələrimizə hücum cəhdinin qarşısı alınıb - MN
Milli Məclisin Sədri Fransa Milli Assambleyasının Sədrinə məktub ünvanlayıb
İslamabadın ən böyük alış-veriş mərkəzində “Ermənistan mülki əhalini qətlə yetirir. Erməni təcavüzünə son” adlı aksiya keçirilir (FOTO/VİDEO)
Paşinyanın ardınca Mnatsakanyan da CNN-də özünü biabır etdi
Bayrağımızı Şuşada, Ağdərədə və digər işğalda olan torpaqlarda dalğalandıracağıq - Azərbaycan hərbçiləri (VİDEO)
Rusiya XİN ermənilərin Gəncəyə raket atəşi nəticəsində həlak olan Rusiya vətəndaşı ilə bağlı məlumat yayıb
Gəncədə 10 qadın və 6 uşaq olmaqla 26 nəfər həlak olub - Baş Prokurorluq
"Amerikanın səsi" etdiyi səhvə görə üzr istədi (FOTO)
İşğal olunmuş ərazilərdəki dinc əhaliyə hərbi obyektlərdən uzaq durmaq tövsiyə edilir
Ermənilərin atəşi nəticəsində həlak olan mülki şəxslərin sayı 65-ə çatdı
Parisdəki Azərbaycan Evinin rəhbəri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “Sputnik Frans” a müsahibə verib
Ermənistan ərazisindən Azərbaycanın ərazisinə hücumların edilməsi növbəti hərbi təcavüz aktıdır - Hikmət Hacıyev
Qax və Zaqatalanın giriş-çıxışlarında karantin postları qurulub (FOTO)
Ballistik raketləri mülki insanlara qarşı atan Ermənistan hakimiyyətinin əməlləri hərbi cinayətdir - Deputat
Rusiya səfirliyi Ermənistanın Gəncəyə raket atəşi nəticəsində ölən yeniyetmə ilə bağlı məlumat yayıb
Dövlət başçısının müxtəlif televiziya kanallarına, qəzetlərə verdiyi müsahibələr tarixi əhəmiyyətə malikdir - Hikmət Babaoğlu
Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirməyə davam edir (VİDEO)
Ağlını itirmiş rəhbər və ya Paşinyanın “parkinson xəstəliyi”
ABŞ-da koronavirus vaksininin sınaqları bərpa olunub
Azərbaycan əsgəri beynəlxalq hüquqla müəyyən edilmiş normalar çərçivəsində davranır - Müdafiə Nazirliyi
Ermənistan növbəti itkilərini açıqlayıb - SİYAHI
Şəhid olmuş hərbçilərin və müharibədən zərər çəkmiş şəxslərin kreditləri silinəcək
Düşmənin daha bir PUA-sı məhv edilib
Qarşı tərəfin məqsədi Azərbaycan Ordusunu Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir - Hikmət Hacıyev
Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə və bəzi KİV nümayəndələrinə xəbərdarlıq edib
Elsiz-obasız, torpaqsız olmaq dünyada heç bir dərdlə müqayisə edilə bilməz - Zəngilan sakini
Düşmənin döyüş təyyarəsi məhv edilib
Azərbaycanda yaşanan işğal faktorunun arxasında Fransa da var - Ərdoğan
Azərbaycanda 792 nəfər COVID-19-a yoluxub, 220 nəfər sağalıb, 8 nəfər vəfat edib
Azərbaycan Ordusu yüksək əhval-ruhiyyə ilə işğal olunan torpaqlarımızı azad edir (VİDEO)
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan öz torpaqlarını geri almağa başlayıb
İranda 335 nəfər koronavirusdan öldü
Mətbuat Şurası aparıcı media qurumlarına, insan hüquqları birliklərinə və beynəlxalq təşkilatlara müraciət edib
ABŞ-da koronavirusa yoluxmada rekord qeydə alındı
Bu gün daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı oldu - Nazir
Əkrəm İmamoğlu koronavirusa yoluxub (VİDEO)
Dağlıq Qarabağda referendum heç vaxt olmayacaq - Rauf Əliyev
Ermənistan Gəncədə rusiyalı yeinyetməni qətlə yetirməklə bütün dünyaya qarşı müharibə elan etdiyini göstərdi - ŞƏRH
Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur
Müharibədən sonra Dağlıq Qarabağa xarici investisiya axını şübhəsizdir - İqtisadçı
Bakıda mənzildən 30 min manatlıq oğurluq edilib
Erməni təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb - Nazirlik
Azərbaycan nefti ucuzlaşıb
Ermənistan Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoymalıdır - Türkiyə Müdafiə Nazirliyi
Ermənistanın dinc sakinləri atəşə tutması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır - Britaniyalı deputat
Birinci elə bildik raket evə düşəcək, amma bağa düşdü, Orxan bağda idi - Kənd sakini (FOTO/VİDEO)
Çili mətbuatında ermənilərin Kəlbəcərdə soydaşlarımıza yaşatdıqları faciədən bəhs edilib
Goranboyda evin həyətinə düşüb partlamayan erməni raketi (FOTO)
Azərbaycanlılar “Guardian” nəşrinin binası qarşısında aksiya keçirib
Səbaildə onlayn yolla narkotik vasitələr satan şəxs saxlanılıb (FOTO)
Rusiyada bir gündə 16 mindən çox yoluxma qeydə alındı
Erməni terroru nəticəsində bu gün həlak olan yeniyetmə xalasıgilə qonaq getmişdi (FOTO)
Ermənistan tərəfindən öldürülən Rusiya vətəndaşı barədə səfirliyiə məlumat verilib - Hikmət Hacıyev
Ermənistan hər dəfə atəşkəs razılaşmasını pozur, mülki əhaliyə davamlı olaraq atəş açır - Deputat
Azərbaycan tərəfə keçmək istəyən erməni mülki şəxslərə və hərbçilərə yardım göstərməyə hazırıq - Hikmət Hacıyev
Sabah hava necə olacaq?
Oktyabr ayı üzrə müavinət, təqaüd və kompensasiyalar ödənilib
DMX Azərbaycanda yaşayan əcnəbilərə müraciət edib
Əlcəzair və Misir mediası Gəncə terrorundan yazıb
Xaçmazda polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır (FOTO)
Ermənistanda koronavirusa yoluxanların sayı 75 min nəfəri keçdi
Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur - Müdafiə Nazirliyi
Gəncədə raket atəşi nəticəsində yaralanan 13 yaşlı Rusiya vətəndaşı vəfat etdi
Ermənistanın raket atəşi nəticəsində Tərtərdə 16 yaşlı yeniyetmə həlak olub - Hikmət Hacıyev
Prezident İlham Əliyev: Azərbaycan nəinki enerji üzrə, eyni zamanda, daşımalar üzrə regional haba çevrilib
Düşmən yaşayış məntəqələrimizi raket atəşinə tutur
Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı hərbi hücumunun siyasi məqsədlərindən danışıb
Kəlbəcərin mövcud yataqlarının ehtiyatları yenidən öyrəniləcək
Düşmən Goranboy-Naftalan istiqamətindəki ərazilərimizi atəşə tutur
Prezident İlham Əliyev: Bakının mərkəzində erməni kilsəsi var, bizim işğal olunmuş torpaqlardakı məscidlərimiz isə dağıdılıb
Polşa prezidenti koronavirusa yoluxub
Azərbaycan Prezidenti: Bizim Gürcüstanla münasibətlərimiz mükəmməldir
Prezident İlham Əliyev: Ermənistan hökuməti əhalini Türkiyə ilə qorxutmağa çalışmamalıdır
Azərbaycandakı dini konfessiyalar erməni terroruna qarşı həmrəylik nümayiş etdirib (VİDEO)
Azərbaycan Prezidenti: Müharibə dayanandan sonra Türkiyənin rolu çox mühüm və müsbət olacaq
Gəncədə genişmiqyaslı dezinfeksiya işləri aparılıb (FOTO)
Prezident İlham Əliyev: Müharibənin vurduğu yaraları siyasi müdriklik, siyasi iradə ilə sağaltmaq lazımdır
Gecə ərzində düşmənin döyüş texnikaları məhv edilib (VİDEO)
Prezident İlham Əliyev: Ermənistan hökuməti başa düşməlidir ki, indi onlar diktə etmək vəziyyətində deyillər
Sabunçu sakini bıçaqla qətlə yetirilib
Azərbaycan Prezidenti: Ermənistandan fərqli olaraq, biz Rusiyadan aldığımız silahlara görə pul ödəyirik
Azərbaycan Prezidenti: Ən yaxşı yol sülh şəraitində, harmoniyada yaşamaq və yenidən yaxşı qonşu olmağa çalışmaqdır
Prezident İlham Əliyev: Türkiyə əsla münaqişəyə cəlb edilməyib
Prezident İlham Əliyev: Əgər onlar atəşkəsi pozmasaydılar bu gün toqquşmalar dayanardı
Prezident İlham Əliyev: Sərhədi erməni işğalçılarından tamamilə təmizlədik, İranda olan qardaşlarımız üçün artıq heç bir narahatlıq olmayacaq
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur
Prezident İlham Əliyev: Əgər onlar dayanmasalar, biz işğal edilmiş bütün əraziləri azad etmək üçün sona qədər gedəcəyik
Cəlilabadda karantin qaydalarına riayət etməyənlərə qarşı reyd keçirilib (FOTO)
Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəsi (FOTO)
Uğurla gerçəkləşən xilaskarlıq missiyası: Qarabağı yalnız İlham Əliyev kimi qətiyyətli lider azad edə bilərdi
Düşmənin zərbə PUA-sı zərərsizləşdirilib (FOTO)
MDU-da “Rəqəmsal ödənişlərin tətbiqi yeni dövrün tələbidir” mövzusunda nəzəri-praktik seminar keçirilib (FOTO)
Bakıda yanğın olub
Biz Şuşanı da dezinfeksiya etməyə hazırıq - BŞİH (FOTO)
Bakıda minik avtomobili yanıb
Ermənistanın atdığı “Smerç” raketi yaşayış evinin həyətinə düşüb - Hikmət Hacıyev (VİDEO)
Düşmənin silah və sursat, yanacaq ehtiyatları anbarları sıradan çıxarılıb - MN
Yaponiyada təxirə salınan olimpiadaya alınan biletlər geri ödəniləcək
Bütün xəbərlər