...

Qaradağda ağacəkmə aksiyası keçirilib

Cəmiyyət Materials 23 Noyabr 2015 10:50 (UTC +04:00)
“Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində Qaradağda ağacəkmə aksiyası keçirilib.
Qaradağda ağacəkmə aksiyası keçirilib

Bakı. Trend:

Noyabrın 21-də Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş iməcilik keçirilib.

Trend-in məlumatına görə, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas məqsədlərindən biri ətraf mühitin mühafizəsini və insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin edilməsi olduğundan keçirilmiş iməcilikdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov iştirak edib, Bakı-Ələt (Astara) magistral avtomobil yolunun kənarında 800 ədəd şam, kiparis və müxtəlif növ ağac əkilib.

Məlum olduğu kimi, bu ilin mart ayından ölkəmizin bütün guşələrində Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA-Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın "Ümumrespublika yaşıllaşdırma" layihəsi əsasında ağacəkmə kampaniyasına start verilib və bu məqsəd ilə rayonun bütün qəsəbələrinin ərazilərində yerli iqlim şəraitinə uyğun həmişəyaşıl ağaclar əkilib.

Artıq mart ayında başlanan kampaniya çərçivəsində əkilən ağacların qorunması üçün müasir suvarma sistemi qurularaq aqrotexniki qulluq göstərilir.

"Ümumrespublika yaşıllaşdırma" marafonu çərçivəsində rayonun bütün qəsəbələrində, eləcə də Bakı-Ələt (Astara) magistral avtomobil yolu boyunca ağac əkmə kompaniyası davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti