...

“Azneft” İB əməkdaşları talassemiyalı uşaqlar üçün qanvermə aksiyasında iştirak ediblər (FOTO)

Cəmiyyət Materials 26 Noyabr 2015 11:01 (UTC +04:00)
“Azneft” İstehsalat Birliyinin əməkdaşları talassemiyalı uşaqlar üçün qanvermə aksiyasında fəal iştirak ediblər.
“Azneft” İB əməkdaşları talassemiyalı uşaqlar üçün qanvermə aksiyasında iştirak ediblər (FOTO)

Bakı. Trend:

"Azneft" İstehsalat Birliyinin əməkdaşları talassemiyalı uşaqlar üçün qanvermə aksiyasında fəal iştirak ediblər.

SOCAR-ın tərkibində dövlət müəssisəsi olan "Azneft" İstehsalat Birliyi bu il də nümunəvi aksiyada iştirak etməklə sosial məsuliyyət layihələrinə göstərdiyi duyarlılığını bir daha sübut etmişdir.

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramının icrası ilə əlaqədar həyata keçirilən tədbirlərdə fəal iştirak edən "Azneft" İstehsalat Birliyi artıq bir neçə ildir ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın talassemiyalı xəstələr üçün qanvermə təşəbbüsünə qoşulmuşdur.

Belə ki, "Azneft" İstehsalat Birliyi talassemiyalı uşaqlara yardım etmək üçün "Azneft" İstehsalat Birliyinin Aparatında da qanvermə aksiyası keçirmişdir. Səhər saatlarında start götürən kampaniyada iştirak edən "Azneft" İstehsalat Birliyinin rəhbər şəxsləri, əmək kollektivi qan verərək talassemiyadan əziyyət çəkən uşaqlara öz yardımlarını göstərmişlər. Əvvəlcə həkimlər tərəfindən qanverənin qan təzyiqi ölçülmüş, qan qrupu müəyyən edilmiş və könüllünün aksiyada iştirakını əngəlləyəcək xəstəliyinin olub-olmaması dəqiqləşdirildikdən sonra aksiyada iştirakına icazə verilmişdir. "Azneft" İstehsalat Birliyinin əksər heyəti bu xeyirxah aksiyada iştirak etmişdir.

Qeyd edək ki, bu il hazırlanmış qrafikə uyğun olaraq "Azneft" İstehsalat Birliyinin bütün idarə və müəssisələrində çalışan əməkdaşların kampaniyada könüllü iştirakı planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti