Bakı. Trend:
AzTV kanalında "Parlaq Zəka" intellekt şousunun üçüncü mövsümünün beşinci oyunu efirə getdi. Tamaşaçılar zəkaların "İxtiraçılar" mövzusunda olan mübarizələrini izlədilər. Müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Azərbaycan Prezidenti yanında Dövlət İdarəetmə Akademiyasının tələbəsi Nurlan Abdurrahmanov, sarı yolda Qərb Universitetinin tələbəsi Əli Əsgərli, yaşıl yolda isə Azərbaycan Müəllimlər İnstitutunun tələbəsi Səid Canıyev mübarizə apardı. Bu mübarizənin qalibi Səid Canıyev oldu.
Təhsilinizi dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyən şəxslər üçün "Parlaq Zəka" intellekt şousu növbəti bir şansı təqdim edir. Qaliblərə 40 000, 30 000, 20 000 manatlıq təhsil haqqı qazandıran İntellekt Şousunun III mövsümündə hal-hazırda bakalavr təhsilini davam edəm I, II, III kurs tələbələri müraciət edə bilər.
İnformasiya dəstəyi- Trend, Day.az, Milli.az