...

Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı yeni layihəyə start verilib

Cəmiyyət Materials 1 Dekabr 2015 09:53 (UTC +04:00)
Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı yeni layihəyə start verilib.
Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı yeni layihəyə start verilib

Bakı.-Trend:

Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı yeni layihəyə start verilib.

Trend-in məlumatına görə, "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Yaşıl həyat": Təbiəti Qoruyaq! adlı layihənin icrasına başlayıb. Layihənin məqsədi ətraf mühitin qorunması üçün gənclər arasında maarifləndirmə işini artırmaq, "yaşıl həyat" tərzini onlara aşılamaqdır.

Layihə çərçivəsində Bakı və Gəncədə ətraf mühitin mühafizəsi mövzusunda dəyirmi masalar keçiriləcək. Gənclər üçün ətraf mühitin mühafizəsi mövzusunda maarifləndirici və təbliğat xarakterli bukletlər nəşr ediləcək, köynəklər hazırlanacaq.

Bundan başqa, ekoloji maarifləndirməni gücləndirmək üçün sosial çarxın hazırlanması, saytlarda və sosial şəbəkələrdə yayılması həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti