...

Silahlı Qüvvələrə Yardım Fonduna 68 milyon manatdan çox vəsait yığılıb

Cəmiyyət Materials 1 Dekabr 2015 11:30 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna bu il dekabrın 1-dək 68.710.527,53 AZN, 211.791,88 ABŞ dolları və 1493,69 avro vəsait daxil olub.
Silahlı Qüvvələrə Yardım Fonduna 68 milyon manatdan çox vəsait yığılıb

Bakı. Trend:

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna bu il dekabrın 1-dək 68.710.527,53 AZN, 211.791,88 ABŞ dolları və 1493,69 avro vəsait daxil olub.

Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 saylı fərmanı ilə yaradılıb.

Fond Azərbaycan Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.

Fondun əsas vəzifəsi Azərbaycanın etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti