...

Bakı Multikulturalizm Mərkəzi İtaliyada monitorinq keçirib (FOTO)

Cəmiyyət Materials 9 Dekabr 2015 20:30 (UTC +04:00)
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədrisi layihəsi çərçivəsində 11 xarici və 19 yerli universitetdə bu fənn tədris edilir.
Bakı Multikulturalizm Mərkəzi İtaliyada monitorinq keçirib (FOTO)

Bakı. Trend:

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədrisi layihəsi çərçivəsində 11 xarici və 19 yerli universitetdə bu fənn tədris edilir.

Mərkəzin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan multikulturalizmi fənninin universitetlərdə aktuallığının və onun uğurlu layihə kimi davamlılığının təmin edilməsi və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədilə hər semestrin sonunda Mərkəzin müəyyən etdiyi şəxslər tərəfindən monitorinqlər aparılır.

Növbəti monitorinqi İtaliyanın La Sapienza Universitetində Bakı Slavyan Universitetinin Multikulturalizm kafedrasının müdiri Aytən Qəhramanlı aparıb.

İki gün davam edən monitorinqin birinci günündə La Sapienza Universitetində Azərbaycan Multikulturalizmi fənnini tədris edən İrina Kunina "Azərbaycanda multikulturalizm: tarixi, mahiyyəti və əsas xüsusiyyətləri" mövzusunda mühazirə keçib.

Monitorinqin ikinci günündə kafedra müdiri A.Qəhramanlı La Sapienza universitetində Azərbaycan multikulturalizmi fənninin tədris edildiyi 15 tələbəyə "Azərbaycan cəmiyyətində etnik və etno-dini müxtəliflik" mövzusunda mühazirə oxuyub. Mühazirədə Azərbaycan multikulturalizmi fənnini tədris edən İrina Kunina və La Sapienza universietinin kafedra müdiri Daniel Pommer də iştirak ediblər.

Mühazirənin sonunda tələbələr Azərbaycan dili, Azərbaycan multikulturalizmi modeli və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair müxtəlif suallar veriblər.

Monitorinq zamanı A.Qəhramanlı La Sapienza Universitetinin dekanı F. Biodjini və professor C. Motto ilə görüşüb. Görüşdə Azərbaycanla əməkdaşlığın çox yüksək qiymətlındirildiyi və gələcəkədə də bu əməkdaşlığın davamlı olması arzusu bildirilib.

Qeyd olunub ki, Azərbaycan multikulturalizmi fənninin tədrisi və təbliği sahəsində İtaliyada çox səmərəli əlaqələr qurulub və İtaliyada Azərbaycanın əsrlərdən bəri formalaşan tolerantlıq mühitinə çox böyük maraq var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti