...

Nardaranda daha bir məscidin axundu həbs edildi

Cəmiyyət Materials 11 Dekabr 2015 14:37 (UTC +04:00)
Nardaran hadisələri ilə bağlı daha bir məscidin axundu həbs edilib.
Nardaranda daha bir məscidin axundu həbs edildi

Bakı. Samir Məmmədov - Trend:

Nardaran hadisələri ilə bağlı qəsəbədə daha bir məscidin axundu həbs edilib. Bu barədə Trend-ə Nardaran sakinləri bildiriblər.

Sakinlərin sözlərinə görə, həbs olunan şəxs Nardaran qəsəbəsində Ağa məhəlləsində Cümə məscidinin axundu olduğunu iddia edən Hacı Ataməli Nurdur. O, Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq idarəyə aparılıb və Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində 30 sutkalıq inzibati həbs seçilib.

Sakinlərin sözlərinə görə, hazırda Hacı Ataməli Nur Daxili İşlər Nazirliyinin Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılır. Hacı Ataməli Nurun Nardaran hadisələri ilə bağlı həbs olunduğu bildirilir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Trend-ə bildirib ki, Nardaran Cümə məscidi QMİ-də qeydiyyatdan keçib və oranın axundu Hacı Musa Qasımov təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti