...

Maşallah Əhmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçildi

Cəmiyyət Materials 17 Dekabr 2015 10:11 (UTC +04:00)
"Neftçi"nin keçmiş futbolçusu Maşallah Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Maşallah Əhmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçildi

Bakı. Trend:

"Neftçi" futbol klubunun keçmiş futbolçusu Maşallah Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Trend-in məlumatına görə, ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, keçmiş futbolçu şəxslərin etimadından istifadə etməklə pullarını mənimsəməkdə günahlandırılaraq, dekabrın 14-də Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti