...

Bu il bütün əmək pensiyalarının maliyyələşdirilməsi qrafikdən əvvəl tam başa çatıb

Cəmiyyət Materials 25 Dekabr 2015 10:44 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondu 2015-ci il üzrə bütün əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl tam başa çatdırıb.
Bu il bütün əmək pensiyalarının maliyyələşdirilməsi qrafikdən əvvəl tam başa çatıb

Bakı. Trend:

Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2015-ci il üzrə bütün əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl tam başa çatdırıb. Trend-in məlumatına görə, bunu Fondun sədri Elman Mehdiyev deyib.

Pensiya ödənişinin maliyyə təminatını ilə bağlı suallara aydınlıq qətirən Fond sədri qeyd edib ki, DSMF 2015-ci ildə bütün əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl tam başa çatdırıb.

E.Mehdiyev, eyni zamanda Fondun maliyyə qöstəricilərini şərh edərək bildirib ki, 2015-ci ilin yekununa görə DSMF-nin aylıq pensiya ödənişi üzrə heç bir borcu yoxdur və hazırda daxil olan sosial sığorta haqları növbəti il üçün əlavə maliyyə ehtiyatının yaradılmasına yönəldilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti