...

İtkin düşmüş neftçilərin ailə üzvləri də axtarışlarda iştirak edəcək

Cəmiyyət Materials 28 Dekabr 2015 11:11 (UTC +04:00)
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və SOCAR dekabr 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş təbii fəlakət nəticəsində itkin düşən neftçilərin ailə üzvlərinin istəyini nəzərə alaraq, onların vertolyotlar vasitəsi ilə axtarış işlərində iştirakını təmin etmək qərarına gəlib.
İtkin düşmüş neftçilərin ailə üzvləri də axtarışlarda iştirak edəcək

Bakı. Trend:

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və SOCAR dekabr 4-də "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş təbii fəlakət nəticəsində itkin düşən neftçilərin ailə üzvlərinin istəyini nəzərə alaraq, onların vertolyotlar vasitəsi ilə axtarış işlərində iştirakını təmin etmək qərarına gəlib.

Trend-in SOCAR-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 29-da itkin düşənlərin hərəsinin 1 (bir) nəfər ailə üzvü axtarış briqadası ilə birlikdə bu işlərə cəlb olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti