Bakı. Samir Məmmədov - Trend:
Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis bölməsinə yeni rəis müavini təyin edilib. Bu barədə Trend-ə bölmədən məlumat verilib.
Məlumatda bildirilir ki, Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinin rəis müavini, polis mayoru Tərxan Əhmədov vəzifəsindən azad edilərək Nardaran qəsəbəsində yeni yaradılmış 42-ci Polis bölməsinin rəis müavini vəzifəsinə təyin edilib.
Xatırladaq ki, 42-ci Polis bölməsinin rəisi vəzifəsini müvəqqəti olaraq polis polkovniki Azər Cahangirov icra edirdi.