...

Kamran Əliyev: Azərbaycanda ən çox korrupsiya halı baş verən sahə bank sektorudur (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 15 Yanvar 2016 11:44 (UTC +04:00)
Azərbaycanda ən çox korrupsiya halı baş verən sahə bank sektorudur.
Kamran Əliyev: Azərbaycanda ən çox korrupsiya halı baş verən sahə bank sektorudur (ƏLAVƏ OLUNUB)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda ən çox korrupsiya halı baş verən sahə bank sektorudur.

Trend-in məlumatına görə, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2015-ci il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı bu gün keçirilən mətbuat konfransında deyib.

K.Əliyev bildirib ki, bank sektorunda cinayət əməllərinə görə 29 cinayət işi qaldırılıb və 48 nəfər məsuliyyətə cəlb edilib.

K.Əliyev qeyd edib ki, digər ən çox korrupsiya halları müşahidə olunan sahələr ticarət, tukinti və özəl sektordur.

x x x

Onun sözlərinə görə, ticarət sahəsilə bağlı 36 cinayət işi üzrə 37 şəxs, tikinti üzrə 18 cinayət üzrə 31 şəxs, özəl sektorda 15 cinayət üzrə 22 şəxs, yerli icra hakimiyyəti üzrə 5 cinayət üzrə 9 şəxs, təhsil sahəsi üzrə 9 cinayət üzrə 20 şəxs, səhiyyədə 6 cinayət üzrə 6 şəxs, bələdiyyələr üzrə 7 cinayət üzrə 8 şəxs, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müavinətlərin verilməsinə görə 2 cinayət üzrə 10 şəxs məsuliyyətə cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti