...

Sahibkar: Yoxlamaların dayandırılması sahibkarların işinin güclənməsinə ciddi təkan verib

Cəmiyyət Materials 17 Yanvar 2016 16:55 (UTC +04:00)
Yoxlamaların dayandırılması sahibkarların işinin güclənməsinə ciddi təkan verib.
Sahibkar: Yoxlamaların dayandırılması sahibkarların işinin güclənməsinə ciddi təkan verib

Bakı. İlhamə İsabalayeva - Trend:

Yoxlamaların dayandırılması sahibkarların işinin güclənməsinə ciddi təkan verib.

Bunu Trend-ə Xaçmazda özəl tibb fəaliyyəti ilə məşğul olan sahibkar, "N-KAY-Medical" özəl klinikasının direktoru Natiq Mütəllimov deyib.

2005-ci ildən klinikanın fəaliyyət göstərdiyini və həmin il müəssisənin açılışında (həmin vaxt "N-KAY-M KLİNİK" MMC adlanıb) Prezident İlham Əliyevin iştirak etdiyini deyən "N-KAY-M KLİNİK" MMC-nin rəhbəri Natiq Mütəllimov bildirib ki, 1,2 milyon ABŞ dollarına başa gəlmiş müəssisənin lisenziyasını iki dəfə uzadıb: "İki dəfə 5 il müddəti üçün lisenziya aldım. Amma 3-cü dəfə lisenziya almaq istəyəndə müəyyən problemlər yaradıldı. Prezident İlham Əliyevin fərmanı ilə lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən "Asan xidmət" mərkəzlərində verilməsinə başlanıldıqdan sonra ərizə verdim. Gəlib şəraitimə baxıb qiymətləndirdilər. Sonra isə çox asanlıqla, heç bir problem olmadan lisenziya aldım".

İqtisadiyyat Nazirliyinin sahibkarlara göstərdiyi dəstəkdən razı qalan N.Mütəllimov əlavə edib ki, əvvəllər bir ay ərzində bəlkə də 10 dəfə yoxlama aparılırdı, bizi işləməyə qoymurdular: "Ancaq indi yoxlamaların aparılması çox sadələşib. Lisenziya almaq da çox asanlaşıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti