...

DSMF-də 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 18 Yanvar 2016 16:44 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondunda 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib
DSMF-də 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən Fondun sədri Elman Mehdiyev 20 Yanvar hadisələrinin ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda aparılan mübarizə tarixinə əbədi qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu vurğulayıb: "26 il bundan əvvəl Bakıda törədilən qırğın Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədi daşısa da, bu qanlı hadisə xalqımızın müstəqillik əzmini qıra bilməyib və Azərbaycanın müstəqillik qazanmasına təkan verib. O dövrdə xalqımızın başına gətirilən bu qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, həmin vaxt həyatına olan təhlükələrdən çəkinməyərək, sovet hakimiyyətinin cinayətkar əməlinə etiraz edən ümummilli lider Heydər Əliyev oldu".

E.Mehdiyev ulu öndər Heydər Əliyevin 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına baxmayaraq, həyatını təhlükə qarşısında qoymaqla, öz ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdiyini diqqətə çatdırıb. Bildirib ki, ümummilli lider yenidən siyasi rəhbərliyə qayıtdıqdan sonra 1994-cü ildə Qanlı yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilib, eyni zamanda faciənin günahkarlarının adları açıq şəkildə göstərilib.

20 Yanvar hadisələrində şəhid olmuş şəxslərin ailələrinin, bu hadisələr zamanı əlil olmuş vətəndaşların dövlətin hərtərəfli qaygısı ilə əhatə olunduğunu vurğulayan DSMF sədri deyib ki, ulu öndər Heydər Əliyev tərəfindən xalqımızın 1990-cı ilin 20 Yanvar faciəsinə əsl hüquqi qiymət verilməsi ilə yanaşı, "20 Yanvar şəhidi" fəxri adı təsis edilib və bu faciənin qurbanlarının sosial müdafiəsi xususi nəzarətə götürülüb. Eyni zamanda şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında, həlak olanların ailələrinə yardım edilməsi istiqamətində müxtəlif fərman və sərəncamlar verilib. Bu faciənin qurbanlarının sosial müdafiəsi ilə bağlı dövlət siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Anım mərasimi 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti