...

20 Yanvar şəhidlərinin xatirəsi Lvovda yad olunub (FOTO)

Cəmiyyət Materials 21 Yanvar 2016 18:53 (UTC +04:00)

Bakı. Trend:

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Lvov vilayət təşkilatının təşəbbüsü ilə 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Konqresdən Trend-ə verilən məlumata görə, Lvov şəhər ictimaiyyətinin, gənclərin və diaspor fəallarının iştirak etdiyi anım mərasimini Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Lvov vilayət təşkilatının sədri Teymur Məmmədov açaraq, 26 il bundan öncə totalitar sovet imperiyasının dövlət müstəqilliyi uğrunda mübarizəyə qalxan Azərbaycan xalqına qarşı həyata keçirdiyi bəşəri cinayət haqqında ətraflı məlumat verib. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sinələrini dövlət müstəqilliyimizə tuşlanmış gülləyə sipər edərək şəhid olmuş cəsur oğul və qızlarımızın qəhrəmanlıq salnaməsindən bəhs edən diaspor rəhbəri o zamanlar üzləşdiyi məhrumiyyətlərə baxmayaraq, ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək başda Mixail Qorbaçov olmaqla keçmiş sovet rəhbərliyinin Azərbaycanda həyata keçirdiyi qəddarlıq aktını dünya ictimaiyyətinə çatdırmasının tarixi əhəmiyyətindən danışıb.

Sonra tədbirə qatılanlar 20 Yanvar faciəsini özündə əks etdirən sənədli filmə baxmaqla sovet imperiyasının bir xalqa qarşı həyata keçirdiyi qəddarlıqlarla tanış olublar.

Anim mərasimində Belarus cəmiyyətinin sədri Tomara Kozak, Ukraynanın əməkdar artisti Yurist Qaziyev, Tatar cəmiyyətinin sədri İqor Qarajando, Lvov İslam Mədəniyyət Mərkəzinin sədri Dakurri Alan, diaspor fəallarından Məhərrəmova Səadət, Cəfərov Rafiq, Müslümov Davud, Məhərrəmov Şəhriyar və digər şəxslər çıxış edərək 26 il bundan öncə sovet imperiyasının böyük təzyiqlərinə sinə gərərək dövlət müstəqilliyini əldə etmiş tarixi vətənimizin ikişaf edərək dünyanın ən aparıcı dövlətləri arasında öz layiqli yerlərini tutmasının fərəhləndrici hal olduğunu vurğulayıblar. Bu yolda şəhid olan qəhrəman oğul və qızlarımızın xatirələrinin hər zaman əziz tutulacağını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti