...

Əbülfəs Qarayev: Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcmində turizmin payı artıb

Cəmiyyət Materials 29 Yanvar 2016 11:30 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcmində turizmin payı artıb.
Əbülfəs Qarayev: Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcmində turizmin payı artıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcmində turizmin payı artıb.

Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətinin 10 illiyinə həsr olunmuş yubiley tədbirində deyib.

10 il müddətində bu sahəyə göstərdiyi diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edən Ə.Qarayev qeyd edib ki, Azərbaycanda 10 il əvvəllə müqayisədə yalnız mədəniyyət və turizm sahəsi inkişaf etməyib: "Bu müddətdə Azərbaycanda bütün sahələr inkişaf edib, ölkənin nüfuzu beynəlxalq səviyyədə artıb. Düzdür, 10 il çox vaxt deyil. Amma bu sahədə çalışan insanlar üçün bu 10 il böyük tarixə çevrilib".

Ə.Qarayev ötən 10 il ərzində Heydər Əliyev Fondu tərəfindən Azərbaycan mədəniyyətinin inkişafı üşün əvəzedilməz işlər görüldüyünü də deyib: "Mən şəxsən Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya bu dəstəyə görə təşəkkür edirəm".

Ə.Qarayev deyib ki, bu gün Azərbaycan muzeyləri yeni mərhələyə gəlib çatıb: "Biz heç vaxt düşünmürdük ki, Azərbaycan muzeyləri Avropanın ən yaxşı muzeyləri sırasına daxil ola bilər. Bu gün yalnız mədəniyyət sahəsində deyil, turizm sahəsində də irəliləyişlər olub. Bu gün artıq ölkəyə il ərzində xaricdən 2,5 milyon nəfər gəlir. Ölkədəki mehmanxanaların sayı 530-a çatıb".

Ə.Qarayev əlavə edib ki, nazirliyin Aparatında çalışan 30 nəfərə yaxın əməkdaş dövlət tərəfindən müxtəlif adlarla mükafatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti