...

Mərkəzi Hərbi Poliklinikada elmi konfrans keçirilib

Cəmiyyət Materials 30 Yanvar 2016 13:13 (UTC +04:00)

Bakı. Trend:

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Tibb Baş İdarəsində "Qrip və kəskin respirator xəstəliklərin müalicə və profilaktikası" mövzusunda Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi ilə birgə elmi konfrans keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konfransda Tibb Baş İdarəsinin, Mərkəzi Hərbi Poliklinikanın, Sanitar-Epidemioloji Nəzarət Mərkəzinin nümayəndələri, Hərbi tibb fakültəsinin professor-müəllim heyəti, Bakı qarnizonunun hərbi həkimləri, rezidentlər iştirak ediblər.

Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev konfransı giriş sözü ilə açaraq ölkəmizdə hərbi səhiyyənin uğurlarından və bu sahənin inkişaf etdirilməsi üçün dövlətimiz və Müdafiə Nazirliyi rəhbərliyi tərəfindən həyata keçirilən tədbirlərdən danışıb.

Sonra tibb xidməti polkovniki Fərhad Meybəliyev, tibb xidməti polkovnik-leytenantı Azad Məmmədov, tibb xidməti mayoru Surxay Məmmədov qrip və kəskin respirator xəstəliklərin müalicə və profilaktikası mövzularında müxtəlif məruzələrlə çıxış ediblər.

Sonda mövzu ilə bağlı müzakirələr aparılıb və mütəxəssislər fikirlərini bölüşüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti