Görkəmli alim Cəlal Əliyevin vəfatı ilə əlaqədar nekroloq imzalandı

Görkəmli alim Cəlal Əliyevin vəfatı ilə əlaqədar nekroloq imzalandı

Bakı. Trend:

Azərbaycan Prezidenti, dövlət rəsmiləri, ictimai xadimlər görkəmli alim Cəlal Əliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.

Trend-in məlumatına görə, nekroloqda deyilir: "Azərbaycan elminə ağır itki üz vermişdir. Görkəmli alim, tanınmış ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, biologiya elmləri doktoru Cəlal Əlirza oğlu Əliyev 2016-cı il fevralın 1-də ömrünün 88-ci ilində vəfat etmişdir.

Cəlal Əliyev 1928-ci il iyun ayının 30-da Naxçıvan şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1942-1944-cü illərdə Naxçıvan Müəllimlər İnstitutunun təbiətşünaslıq-coğrafiya fakültəsində oxumuş, 1946-1951-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsində ali təhsil almışdır. Cəlal Əliyev 1951-1954-cü illərdə bitki fiziologiyası ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının aspirantı olmuşdur.

Əmək fəaliyyətinə 1954-cü ildən etibarən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Əkinçilik İnstitutunun bitki fiziologiyası şöbəsində kiçik elmi işçi kimi başlayan Cəlal Əliyev burada böyük elmi işçi və laboratoriya müdiri, 1962-ci ildən ömrünün sonunadək şöbə müdiri vəzifələrini tutmuşdur. O, eyni zamanda, Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda 1971-ci ildən yaradıcı qrupun rəhbəri və laboratoriya müdiri işləmiş, 1990-cı ildən məhsuldarlıq prosesinin molekulyar-genetik əsasları şöbəsinə rəhbərlik etmişdir. Alim 1981-1990-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Biologiya Elmləri Bölməsinin akademik-katibi olmuşdur.

Cəlal Əliyev bitki fiziologiyası ixtisası üzrə 1955-ci ildə namizədlik, 1971-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. O, 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Akademik Cəlal Əliyev fundamental araşdırmaları və əldə etdiyi nailiyyətləri ilə respublikada elmin inkişafına sanballı töhfələr vermişdir. Onun tədqiqatları ölkədə yeni istiqamətlər müəyyənləşdirməklə biologiya elmi qarşısında duran bir sıra aktual problemlərin həllinə xidmət etmişdir.

Öz məktəbini formalaşdırmış alimin yaradıcılığının əhəmiyyətli qismi taxılçılığın inkişafına yönəlmişdir. Bu tədqiqatların nəticələrinin məqsədyönlü seleksiya işlərində kompleks şəkildə həyata keçirilməsi ilə Cəlal Əliyev yüksək məhsuldarlığa malik qiymətli sortlar yaratmışdır. Alimin rəhbərlik etdiyi laboratoriyalarda alınan nəticələr bir çox beynəlxalq kənd təsərrüfatı mərkəzlərinin tədqiqat proqramlarında rəğbətlə qarşılanmışdır.

Bioloji müxtəlifliyin qorunmasının əhəmiyyətini daim diqqət mərkəzində saxlayan alimin Azərbaycanda bitkilərin genetik ehtiyatları üzrə çoxsaylı beynəlxalq proqramların, eləcə də biomüxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi strategiyasının işlənib hazırlanmasında mühüm xidmətləri vardır. Cəlal Əliyevin inkişaf etdirdiyi elmi istiqamətlərdən biri də torpaq-bitki sisteminin radioaktiv parçalanma məhsullarının çirklənməsinin müəyyənləşdirilməsi ilə bağlıdır. Onun bu problemlə əlaqədar fundamental əsərləri beynəlxalq miqyasda çox yüksək qiymətləndirilmişdir.

Akademik Cəlal Əliyevin elmi təşkilatçılığı sayəsində müxtəlif sahələrdən istedadlı tədqiqatçılar molekulyar biologiya və biotexnologiyanın aktual problemlərinin həllinə cəlb edilməklə elmin yeni istiqamətləri üzrə sanballı nəticələr əldə olunmuş və müasir kadr potensialı formalaşdırılmışdır. Alimin rəhbərliyi ilə 100-ə yaxın fəlsəfə doktoru və elmlər doktoru hazırlanmışdır. Cəlal Əliyevin yetirmələri ölkəmizin və dünyanın aparıcı elm mərkəzlərində və universitetlərdə bu gün də uğurla çalışırlar.

Cəlal Əliyevin çoxillik axtarışlarının nəticələri Azərbaycanda və xaricdə nəşr olunmuş 600-dən artıq elmi əsərdə, o cümlədən onlarla monoqrafiya və kitabda öz əksini tapmışdır. Müxtəlif ixtiralara görə aldığı çoxsaylı patentlər alimin gərgin əməyinin məhsuludur. Cəlal Əliyev bir sıra beynəlxalq elmi qurumların, o cümlədən xarici ölkələrin kənd təsərrüfatı akademiyalarının, nüfuzlu elmi şuraların üzvü kimi təqdirəlayiq fəaliyyət göstərmişdir. O, iştirakçısı olduğu mötəbər simpozium, konqres və forumlardakı dolğun çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil etmişdir.

Akademik Cəlal Əliyevin elmi və ictimai mühitdə qazandığı böyük hörmət onun taleyüklü məsələlərdə nümayiş etdirdiyi yüksək prinsipiallığı ilə bağlıdır. Ölkəmizdə XX əsrin axırlarında cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə o, əsl vətəndaş mövqeyi tutmuş, milli mənafelərin müdafiəsi işinə sanballı töhfələr vermişdir. Cəlal Əliyevin 1995-2015-ci illərdə ictimai xadim kimi fəaliyyəti Azərbaycan Respublikasının Milli Məclisi ilə bağlı olmuşdur.

Cəlal Əliyev əldə etdiyi elmi nailiyyətlərə görə bir çox beynəlxalq mükafatlar almış, xarici ölkələr tərəfindən təltif edilmişdir. Onun Azərbaycanda elmin inkişafı sahəsində çoxillik zəngin və məhsuldar fəaliyyəti daim yüksək qiymətləndirilmişdir. Alim müstəqil Azərbaycan Respublikasının ali təltiflərindən "İstiqlal", "Şərəf" ordenlərinə və müxtəlif fəxri adlara layiq görülmüşdür.

Görkəmli alim və tanınmış ictimai xadim Cəlal Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində hər zaman yaşayacaqdır.

Allah rəhmət eləsin!"

Nekroloqu Prezident İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Vasif Talıbov, Elçin Əfəndiyev, İsmət Abasov, Hacıbala Abutalıbov, Fatma Abdullazadə, Heydər Əsədov, Akif Əlizadə, Əhliman Əmiraslanov, İsa Həbibbəyli, İbrahim Quliyev, Tofiq Nağıyev, İsmayıl Hacıyev, Siddiqə Məmmədova, Ədilə Namazova, Böyükkişi Ağayev, Məhərrəm Babayev və Validə Əlizadə imzalayıblar.

Azərbaycan neftinin qiyməti bahalaşıb
Azərbaycan neftinin qiyməti bahalaşıb
Çernoqoriya turistlərə sərhədlərini açır
Çernoqoriya turistlərə sərhədlərini açır
Cənubi Koreya Azərbaycanda  yeni layihələr icra edəcək
Cənubi Koreya Azərbaycanda yeni layihələr icra edəcək
Loading Bars
Xəbər lenti
Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Nic qəsəbəsində 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olublar
"Türk Hava Yolları" Gəncəyə uçuşları bərpa edib (FOTO)
Sabahdan ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir
Azad olunmuş ərazilərdə yeni hərbi hissələrin açılışı olub (FOTO/VİDEO)
Piyada əleyhinə mina risklərinə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib
“Xarıbülbül” beynəlxalq musiqi festivalı Fransa mətbuatında (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışında iştirak ediblər (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Qəbələdə yeni körpü və avtomobil yolunun bərpadan sonra istifadəyə verilməsi tədbirində iştirak ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələ rayonuna səfərə gəliblər
“Xarıbülbül” musiqi festivalı: Şanlı Qələbəmizin musiqi paradı
Sabah 35 dərəcə isti olacaq
Adam oğurluğu səbəbindən axtarışda olan şəxslər saxlanıldı
Ermənistanda son sutkada 13 nəfər koronavirusdan ölüb
Gəncə sakinində “revolver” tipli tapança aşkarlanıb
İspaniyalı deputatların erməni təəssübkeşi qismində aksiya keçirmələri qəbuledilməzdir - Sevil Mikayılova
Balakəndə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər cərimələnib (FOTO)
Azərbaycan neftinin qiyməti bahalaşıb
Bakıda keçiriləcək "JARA 2022" festivalının tarixləri açıqlandı
Qarabağda sülhməramlılara qarşı təxribat xarakterli hərəkətlər olmayıb - Rusiya Müdafiə Nazirliyi
Saatlıda parklanma qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunub
“Xarıbülbül” festivalı Qarabağın tarixi simasının bərpasını təcəssüm etdirir – Deputat
Qazax sakinində narkotik aşkarlanıb
AVRO-2020: Biletlər bu gündən satışdadır
Salyanda transformator yanıb
Çernoqoriya turistlərə sərhədlərini açır
Cənubi Koreya Azərbaycanda yeni layihələr icra edəcək
Zidan mövsümün sonunda "Real"dan ayrılacaq
Millət vəkili Arzu Nağıyev Tovuz və Gədəbəydə şəhid, qazi ailələri və seçicilərlə görüşüb (FOTO)
Sakit okeanda zəlzələ baş verib
Çində yeddi nəfər qasırğanın qurbanı olub
Çinin kosmik aparatı uğurla Marsın səthinə enib
Qəzzada evin vurulması nəticəsində 8 fələstinli həlak olub
İraqda ağır yol qəzası, sərnişinlər avtobusda yanıb
Meksikada narkotacirlərin hücumu nəticəsiəndə iki əsgər ölüb
Rusiya bu ölkələrlə hava əlaqələrini bərpa edir
İnigltərə çempionatı: "Mançester Siti" "Nyukasl"a qalib gəldi
"WhatsApp" yeni qaydalarını qəbul etməyən istifadəçilərə məhdudiyyətlər tətbiq edir
Abşeronda restoranda yanğın baş verib
İraqın şimalında türk əsgəri şəhid olub
Azərbaycan Premyer Liqasında növbəti turun oyun cədvəli açıqlanıb
Qəzza və İordanın Qərb sahilində gün ərzində 26 fələstinli ölüb, 600 nəfərdən çox yaralanıb
Dünyada ötən sutka koronavirusa 717 mindən çox yoluxma qeydə alınıb - ÜST
Suriyadan İsrailə üç raket buraxılıb
"Amazon" ilin sonuna qədər İngiltərədə 10 min yeni iş yeri yaradacaq
Ukraynanın Səhiyyə naziri istefa etdi
"Facebook" və "İnstagram"ın işində qüsurlar yaranıb
DİN itkin düşən qadınla bağlı əhaliyə müraciət edib (FOTO)
Balakəndə evdə yanğın olub
Ukrayna iqtisadiyyat və infrastruktur nazirləri istefa ediblər
Sahibə Qafarovanın Türkiyə Böyük Millət Məclisinin Sədri ilə telefon danışığı olub
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Qarabağdan növbəti görüntülər paylaşıb (FOTO/VİDEO)
Füzulidə ev yanıb
Azərbaycanda ötən ay bahalaşan və ucuzlaşan məhsullar bunlar olub
Bakıda restoranda qaz balonu partlayıb, 4 nəfər xəsarət alıb
"Xarıbülbül” festivalı ilə dünyaya bir sıra mesajlar vermiş olduq - Tural Gəncəliyev
Azərbaycan vasitəsilə 10 milyon tondan artıq yük daşınıb
Ceyhun Bayramov ilə Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi arasında telefon danışığı olub
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb​​​
Azərbaycanda 1 262 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb
İndoneziya sahillərində 6,8 bal gücündə zəlzələ olub
Ceyhun Bayramovla Filip Riker arasında telefon danışığı olub
Aprel ayında 11 uşaq övladlığa verilib
Əfqanıstanın dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib
AVRO-2020: Bakıdakı oyunların biletləri satışa çıxarılır
Yasamalda gəncin intihar etməsi faktı ilə bağlı araşdırma aparılır
Sərxoş sürücülər 2 nəfərin ölümünə səbəb olub
Zabrat şossesində yolun bir zolağı hərəkət üçün məhdudlaşdırılıb
"Avro-2020"nin rəsmi mahnısı müəyyənləşib
İranda daha 202 nəfər koronavirusdan ölüb
Makron öz sözləri ilə ATƏT Minsk qrupunun tabutuna son mismarı vurdu - Rusiyalı tarixçi
Azad olunmuş ərazilərdə indiyədək 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib (FOTO)
RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda Regionlararası forum keçirilib (FOTO)
Qaxda təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı reyd olub (FOTO)
Sabah hava necə olacaq?
Şuşada 30 ildən sonra “Xarıbülbül” festivalının keçirilməsi dünyaya bir mesaj idi - Deputat
Hacıqabul sakinləri narkotikə görə saxlanıldı (FOTO)
Azərbaycan nefti ucuzlaşıb
Birjalarda neft qiymətləri necədir?
126 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib
Fransa prezidenti Makron öz erməni "sevgisindən" əl çəkmir - Deputat
“Nar”ın “Oxu saatı” layihəsinin növbəti qiraətçisi Zülfiyyə Xanbabayeva olacaq (FOTO)
İki rayonda qaz xətləri yenilənir (FOTO)
“Xarıbülbül” musiqi festivalının mədəni və siyasi əhəmiyyəti böyükdür - Deputat
Biləsuvarda standartlara cavab verməyən avtomobillərin sürücüləri məsuliyyətə cəlb olunub
Müdafiə naziri azad olunmuş ərazilərdə yerləşən HHMQ bölmələrində olub (FOTO)
Tokio Olimpiadasının əleyhinə olan petisiya 350 mindən çox imza toplayıb
Bu gün Azərbaycan premyer liqasında 27-ci turun oyunları keçiriləcək
Qazaxda çayxana yanıb
Azərbaycan tarixinin ən mühüm mədəniyyət hadisəsi: "Xarıbülbül" festivalı milli birlik və həmrəyliyin nümayişi oldu
Diametri 200 m-ə qədər olan asteroid Yer kürəsinə yaxınlaşacaq
Kolumbiyada 4,3 bal gücündə zəlzələ baş verib
ABŞ-da atışma zamanı doqquz nəfər yaralanıb
BMT-nin Baş katibi Qəzza zolağı və İsraildə döyüşlərə son qoyulmasını tələb etdi
Qəzza və İsraildə zolağa daxil olması barədə məlumatlar təkzib edilib
Həmas hərəkatı İsrailin Aşkelon və Aşdod istiqamətində 150 ​​raket atıb
BMT Təhlükəsizlik Şurası İsrail və Qəzza zolağındakı vəziyyəti müzakirə edəcək
İsrail ordusunun hava və quru qoşunları Qəzza zolağına hücuma başlayıb
Bütün xəbərlər