...

Məleykə Abbaszadə: TQDK-nın hansısa quruma birləşdirilməsi ilə bağlı heç bir müraciət daxil olmayıb

Cəmiyyət Materials 2 Fevral 2016 12:08 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

"Ölkədə müəyyən struktur islahatları aparılır. Siyasi qərar qəhul olunarsa, biz ona tabe olacağıq. Ancaq hələ ki, TQDK-nın hansısa quruma birləşdirilməsi ilə bağlı heç bir müraciət daxil olmayıb. Üzümü valideynlərə, abituriyentlərə tutub deyirəm ki, heç bir qərar abituriyentlərə zərbə vurmayacaq, onların bilikləri bütün halda obyektiv qiymətləndiriləcək".

Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Komissiya sədri qeyd edib ki, bu ilin orta məktəb məzunları üçün buraxılış imtahanı ötən ilki qayda ilə keçiriləcək, yalnız imtahan nəticələrinin qiymətləndirməsi dəyişdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti