...

Gənclər və İdman nazirliyinin kollektivi Heydər Əliyevin məzarı və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Cəmiyyət Materials 2 Fevral 2016 12:36 (UTC +04:00)
2 fevral Gənclər Günü münasibətilə Gənclər və İdman Nazirliyinin rəhbərliyi, əməkdaşları və gənclər təşkilatlarının nümayəndələri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə əklil qoyublar.
Gənclər və İdman nazirliyinin kollektivi Heydər Əliyevin məzarı və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

2 fevral Gənclər Günü münasibətilə Gənclər və İdman Nazirliyinin rəhbərliyi, əməkdaşları və gənclər təşkilatlarının nümayəndələri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə əklil qoyublar.

Trend-in məlumatına görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn gənclər ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, bu bayramı gənclərə ümummilli lider Heydər Əliyev bağışlayıb: "Bu il də bizim üçün çox vacibdir, çünki Azənbaycan gənclərinin 1-ci forumundan 20 il keçib. Bu 20 il ərzində Azərbaycan gəncliyi böyük bir yol keçib. Bu gün Azərbaycan gənclər təşkilatları dünyada nümunəvidir. Gənclərimiz Azərbaycanı dünyada təmsil edir. Bu bayram Azərbaycan gəncləri yüksək səviyyədə qeyd edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti