...

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Lənkəranda vətəndaşları qəbul edib (FOTO)

Cəmiyyət Materials 3 Fevral 2016 14:07 (UTC +04:00)
Fevralın 3-də Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarının sakinllərini qəbul edib.
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə  Lənkəranda vətəndaşları qəbul edib  (FOTO)

Bakı. Trend:

Fevralın 3-də Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarının sakinlərini qəbul edib.

Trend-in məlumatına görə, qəbul zamanı cənub bölgəsindən olan 50 nəfərə yaxın vətəndaşın şikayət və müraciətləri dinlənilib.

Qəbulda vətəndaşlar əsasən əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.

Nazir R.Quluzadə digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti