...

"BakuBus" avtobuslarının sürət həddinə aydınlıq gətirildi

Cəmiyyət Materials 3 Fevral 2016 16:54 (UTC +04:00)
"BakuBus" MMC-yə məxsus sərnişin avtobuslarının sürət həddinə aydınlıq gətirilib.
"BakuBus" avtobuslarının sürət həddinə aydınlıq gətirildi

Bakı. Trend:

"BakuBus" MMC-yə məxsus sərnişin avtobuslarının sürət həddinə aydınlıq gətirilib.

Trend-in məlumatına görə, şirkətin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib ki, ümumiyyətlə, sərnişindaşımada təhlükəsizlik əsas götürüldüyü üçün "BakuBus"a məxsus avtobuslarda daxili mexaniklər tərəfindən sürət həddi 50 km/saat olaraq tənzimlənir.

N.Allahyarova əlıavə edib ki, sürücü bu limiti dəyişmək imkanına malik deyil: "Hər hansı texniki nasazlıq nəticəsində sürət həddi maksimum 99 km/saat həddində ola bilər. Bu isə sürücü müdaxiləsi ilə deyil, texniki nasazlıq nəticəsində mümkündür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti