...

Hotellər və Restoranlar Assosiasiyasının təşəbbüsü ilə Dəyirmi masa keçirilib (FOTO)

Cəmiyyət Materials 4 Fevral 2016 13:54 (UTC +04:00)
Fevralın 3-də İntourist Hotelində Hotellər və Restoranlar Assosiasiyasının təşəbbüsü ilə keçirilən Dəyirmi masa baş tutub.
Hotellər və Restoranlar Assosiasiyasının təşəbbüsü ilə Dəyirmi masa keçirilib (FOTO)

Bakı. Trend:

Fevralın 3-də İntourist Hotelində Hotellər və Restoranlar Assosiasiyasının təşəbbüsü ilə keçirilən Dəyirmi masa baş tutub.

Trend-in məlumatına görə, tədbirdə bir sıra hotellərin, turizm agentliklərinin, içtimai qurumların, təhsil müəsissələrinin və dövlət qurumlarının nümayəndələri iştirak edibrlər. İştirakçılar turizm və qonaqpərvərlik sənayesinin inkişafı istiqamətində görülən işlərdən danışmış, mövcud problemləri müzakirə ediblər.

Assosiasiyanın İdarə Heyətinin sədri Samir Dübəndi bildirib: "Bu günki görüş bizim üçün xüsusi önəm daşıyır, çünki turizm və qonaqpərvərlik sənayesinin mövcud vəziyyəti bizi son dərəcədə həyacanlandırır. Məqsədimiz kütləvi turizmin inkişafına nail olmaqdır. Eyni zamanda ölkəyə gələn turistlərə təqdim edilən xidmətlər genişlənməli və zənginləşməlidirlər. Kütləvi turizmin inkişafı yeni iş yerlərinin açılması, regionların turizm baxımından inkişafı və sair müsbət məsələlərlə müşaidə edilməlidir".

Tədbir bir sıra önəmli məsələlərin müzakirəsi ilə keçib. Hava, su və dəmir yolu nəqliyyatlarından səmərəli istifadə olunması, Xəzər dənizinin potensialındandan istifadə edilməsi, xarici turizm baxımından hədəfə götürülmüş ölkələrlə viza prosedurlarının daha da asanlaşması, sənayedə çalışan əməkdaşların tədrisi və təkmilləşməsi, güzəştli vergi sisteminin tətbiqi, aşağı faizli biznes kreditlərin verilməsi və s. suallar geniş diskussiyaların mövzusu olub.

Hotellər və Restoranlar Assosiasiyası keçirilən tədbiri turizm və qonaqpərvərlik sənayesinin inkişafı üçün dövlət qurumlarına ünvanlanan təkliflər planının hazırlanmasında ilk addım kimi qiymətləndirir. Tədbirin sonunda işçi qrupunun yaradılması qərarı verilib, hansı ki, sənayedə çalışan peşəkarlardan formalaşacaq.

Assosiasiya tədbirin keçirilməsində dəstək olan İntourist Hotelin heyətinə, informasiya tərəfdaşı Trend İnformasiya Agentliyinə, Azərbaycan Respublikası Vergilər Nazirliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və dəyirmi masada iştirak etmiş bütün media nümayəndələrinə dərin minnətdarlığını bildirir.

İnformasiya dəstəyi - Trend, Day.az və Milli.az-dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti