...

AMEA-nın magistraturasına qəbul üçün plan yerlərinin sayı açıqlandı

Cəmiyyət Materials 4 Fevral 2016 17:39 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına qəbul üçün ayrılan plan yerlərinin sayı artırılıb.
AMEA-nın magistraturasına qəbul üçün plan yerlərinin sayı açıqlandı

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına qəbul üçün ayrılan plan yerlərinin sayı artırılıb.

Akademiyadan Trend-ə verilən məlumata görə, AMEA-nın magistratura pilləsinə 2016-2017-ci tədris ili üçün 63 plan yeri ayrılıb.

Artıq təsdiqlənmiş qəbul planına əsasən, qəbul 15 ixtisas və 39 ixtisaslaşma üzrə aparılacaq.

Magistraturaya qəbul filologiya, dilşünaslıq, kitabşünaslıq, muzeyşünaslıq, arxiv və abidələrin qorunması, arxeoloji və tarixi memarlıq abidələrinin mühafizəsi, tarix, hüquqşünaslıq, sənətşünaslıq, iqtisadiyyat, riyaziyyat, fizika sahəsi üzrə aparılacaq.

Magistratura səviyyəsinə ərizə qəbulu 10-19 fevral tarixlərində aparılacaq. İmtahanın birinci mərhələsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən martın 6-da, ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək.

AMEA-nın magistratura ixtisaslaşmalarını seçən bakalavrların qeydiyyatı 9-12 iyun, müsahibəsi isə 13, 14, 16, 17 iyun 2016-cı il tarixlərində keçiriləcək.

Qeyd edək ki, ötən il AMEA sistemindəki institutlara magistraturaya qəbul üçün 7 istiqamət üzrə 20 plan yeri ayrılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti