...

Səhiyyə Nazirliyinə daxil olan müraciətlərin statistikası

Cəmiyyət Materials 5 Fevral 2016 17:51
Səhiyyə Nazirliyinin "Qaynar xətt" (9103) xidmətinə yanvar ayı ərzində 897 müraciət daxil olub.
Səhiyyə Nazirliyinə daxil olan müraciətlərin statistikası

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Səhiyyə Nazirliyinin "Qaynar xətt" (9103) xidmətinə yanvar ayı ərzində 897 müraciət daxil olub. Onlardan 607-si sorğu, digərləri isə müraciət, şikayət və s. məsələlərlə əlaqədar olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, "Qaynar xətt" xidmətinin fəaliyyətini daha müasir müstəviyə keçirərək asan xidmət prinsipi ilə hər bir vətəndaşın müraciətinin yerində operativ həllinə yönələn Elektron Səhiyyə Mərkəzinə 2016-cı ilin yanvar ayında ümumilikdə 2691 müraciət daxil olub. Daxil olmuş müraciətlərin 1873-ü əsaslı sorğu, 538-i müalicə məsələləri, 42-ni müxtəlif səpkili müraciətlər təşkil edib.

Zəruri hallarda "Qaynar xətt" və "Elektron Səhiyyə" xidmətinə müraciətlər operatorlarla yanaşı, Səhiyyə Nazirliyinin rəhbər şəxsləri tərəfindən də cavablandırılıb.

Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin gücləndirilməsi, dövlət təminatının yaxşılaşdırılması, yüksək səviyyədə təşkili, səhiyyə və tibb sahəsini əhatə edən idarə, müəssisə və təşkilatlarla vətəndaşların operativ qaydada əlaqələndirilməsini təmin edən "Qaynar Xətt" və "Elektron Səhiyyə" Mərkəzinə daxil olmuş müraciətlər hər iki xidmətin mütəxəssisləri tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti