...

Tullantılar arasından 50-dək sənəd tapılıb

Cəmiyyət Materials 8 Fevral 2016 11:29
Məişət tullantıları arasından son bir həftə ərzində 50-ə yaxın müxtəlif sənədlər - 22 şəxsiyyət vəsiqəsi, 6 pasport, 1 hərbi bilet, 3 sürücülük vəsiqəsi, 3 avtomobil texniki pasportu, 13 müxtəlif bank kartı və s. tapılıb.
Tullantılar arasından 50-dək sənəd tapılıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Məişət tullantıları arasından son bir həftə ərzində 50-ə yaxın müxtəlif sənədlər - 22 şəxsiyyət vəsiqəsi, 6 pasport, 1 hərbi bilet, 3 sürücülük vəsiqəsi, 3 avtomobil texniki pasportu, 13 müxtəlif bank kartı və s. tapılıb. Tapılmış sənədlər "Təmiz Şəhər" ASC-nin əməkdaşları tərəfindən polisə təhvil verilib.

Bu barədə Trend-ə "Təmiz Şəhər" ASC-dən məlumat verilib.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyətinin müvaffiq qurumlarının paytaxtdan topladığı məişət tullantıları "Təmiz Şəhər" ASC-yə təhvil verilir. Səhmdar cəmiyyətin Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda həmin tullantılar çeşidlənir və təkrar emala yararlı olan materiallar (metal, kağız-karton, plastik, şüşə və s.) ümumi kütlədən ayrılır. İş prosesi zamanı bəzən tullantıların arasından müxtəlif əşyalar, o cümlədən sənədlər aşkarlanır. Onlar "Təmiz Şəhər"in əməkdaşları tərəfindən aidiyyəti qurumlara təhvil verilir.

Sənədlərini itirmiş şəxslər Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna müracitə edərək tapılmış sənədlər arasında ona aid sənədin olub-olmadığını öyrənə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti