Bakı. Trend:
Fevralın 12-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.
Trend-in məlumatına görə, qəzetin yeni sayında oxucular Əlincə qalası, Azərbaycanın milli rəqsləri, fermerlərin geni dəyişdirilmiş toxum istifadəsinə qarşı yoxlamalar, Maliyyə Bazarına Nəzarət Palatası haqqında və digər məqalələrlə tanış ola bilərlər.
"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.
Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.